Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI

Siyasət 10:45 28.03.2024

Paşinyan martın 27-də Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. O, Ermənistan hökumətinin “Sülhün kəsişməsi” layihəsini təqdim edib. Həmçinin qeyd edib ki, 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində qəbul edilmiş bəyanatda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri hərtərəfli razılaşdırılıb. Paşinyanın təqdim etdiyi layihə artıq Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanması kimi başa düşülə bilər?

Bu barədə Ednews-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Paşinyanın təqdim etdiyi sülh kəsişməsi layihəsi hələ sülh müqaviləsinin imzalanmasına, sənədin hazır olması anlamına gəlmir. Prinsiplər razılaşdırıla bilər, ancaq bu sənədin prinsiplərinin içinin doldurmasına ehtiyac var: 

“Məsələn, bu gün hətta çərçivə sazişinin imzalanması kontekstində Ermənistan öz ərazisinin konkret təqdim etdiyi rəqəmlərlə ifadəsini göstərilməsini tələb edir. Bu isə indiki vəziyyətdə mümkünsüzdür, çünki sərhəd müəyyənləşməyib, sərhədin delimitasiya, demarkasiya prosesi praktik mərhələyə keçməyib. Üstəlik, bunun üçün konkret hüquqi sənədlər və xəritələr də razılaşdırılmayıb və bu xəritələr, hüquqi sənədlər ortada olmadan, razılaşdırılmadan sərhədlərin delimitasiya prosesinə başlamaq mümkün deyil. Müəyyənləşməyən sərhədləri hansı rəqəmlər kontekstində sülh sənədində göstərmək olar? Buna görə də, Ermənistanın bu iddiası absurddur. Bundan başqa, sülh kəsişməsi prosesi layihəsi kontekstində də qeyri-müəyyənliklər var. Çünki bu sülh kəsişməsi layihəsinin bir tərkib hissəsi də Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizidir ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək və Türkiyəyə çıxışı təmin edəcək. Burda da bütün ərazinin Ermənistanın yuristik siyahısında olmasını tələb edir, eyni zamanda bütün yoxlanış-nəzarət mexanızminin də, təhlükəsizlik mexanizminin də məhz Ermənistan dövlət strukturlarının nəzarətində olmasını tələb edir. Ancaq Azərbaycan tamamilə fərqli bir təklif ortaya qoyur, yəni Azərbaycandan-Azərbaycana prinsipi ilə Azərbaycan vətəndaşlarının Azərbaycandan Naxçıvana və Naxçıvandan Azərbaycana gediş-gəliş kontekstində vətəndaşların maneəsiz keçidini təmin edir ki, bu da dolayısıyla praktik olaraq beynəlxalq təcrübədə mövcuddur. Ən azından Kollinqrad modeli, belə bir model Türkiyə tərəfindən Ermənistan rəhbərliyinə son Antalya diplomatik formunda təklif olunub və burda da, yəni Kollinqrad modelində də Litva dövlətinin suverenliyinə zərrə qədər xələl gəlmir. Çünki Azərbaycandan başqa digər üçüncü, dördüncü ölkələrin həm vətəndaşları, həm də yükləri Ermənistanın dövlət strukturları tərəfindən yoxlana, nəzarət oluna və rüsum ödətdirilə bilər. Yəni bu da beynəlxalq təcrübəyə uyğun bir davranışdır”. 

N.Miri qeyd etdi ki, hələlik, bu məsələ də razılaşdırılmayıb. Ən nəhayət, qarşılıqlı etimad üçün Ermənistana təklif olunub ki, həmsərhəd olan Azərbaycanın anklavda olmayan 4 kəndi - Qazaxın 4 kəndi qaytarılsın: 

“Bu 4 kənd qaytarılarsa, bu qarşılıqlı etimadı gücləndirəcək ki, bu kontekstdə, çərçivə sazişini imzalamaq olar. Yəni tərəflər buna çox yaxındır. Yetər ki, delimitasiya olunmamış sərhəddin konkret rəqəmlərlə həmin sənəddə ifadəsinin təsbit olunmasını Ermənistan tələb etməsin. Yəni çərçivə sazişinin imzalanmasına tərəflər çox yaxındır, əgər 4 kəndin qaytarılması qısa müddətdə, yəni aprel ayında mümkün olarsa, düşünürəm ki, belə bir çərçivə sazişini imzalamaq olar və bu digər məsələlər, xüsusilə də, sərhəddin delimitasiya məsələləri, bu, uzun zaman aparacaq məsələ olduğu üçün bu müzakirə predmetilə tədricən yoluna qoyula bilər. Yəni bu məsələyə tərəflər çox yaxındır. Ona görə də 4 kəndin qaytarılması, düşünürəm ki, bəlkə də, çərçivə sazişinin imzalanmasına aparan yol ola bilər”. 

Oğuz 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı