Ombudsman Pİ-nin Baş katibini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb

Siyasət 19:15 01.02.2024

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.

Bu barədə Ednews-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüş zamanı Ombudsman qonağa mandatı, insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan Müvəkkil bır sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlığa dair sazişlər imzalandığını və qarşılıqlı əlaqələrin inkişaf etdirildiyini qeyd edib. Bildirib ki, bu kimi əlaqələr insan hüquqları sahəsində təcrübə mübadiləsi ilə yanaşı, müsbət ölkə təcrübələrinin beynəlxalq arenaya çıxarılmasında da mühim rol oynayır.

Birləşmiş Millətlət Təşkilatı (BMT) və digər nüfuzlu beynəlxalq qurumlar ilə əməkdaşlığa toxunan Müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, o cümlədən ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələri ilə bağlı geniş məlumat verib. Ombudsman təsisatının BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) tərəfindən həyata keçirilən Universal Dövri İcmal prosesində fəal iştirak etdiyini, dövri məruzələrin təqdim edildiyini vurğulayıb.

S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.

Ombudsman gender bərabərliyinin təbliği və təmini, qadın hüquqlarının müdafiəsi, zorakılığa və erkən nikahlara qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyətdən bəhs edib, Bakı Dövlət Universitetində “Genderə giriş” fənnini tədris etdiyini, təsisat tərəfindən eyni adda mühazirələr toplusunun hazırlandığını diqqətə çatdırıb.

Müvəkkil Milli Preventiv Mexanizm fəaliyyəti barədə də məlumat verərək əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələrin keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını, verilmiş tövsiyələrin icrasının nəzarətdə saxlanıldığını qeyd edib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4 000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də məlumat əldə olunmadığını bildirib. Otuz illik işğal dövründə Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan danışan Ombudsman mina probleminin vətəndaşların həyat və sağlamlığına təhdid yaratdığını, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb.

Müvəkkil Ermənistanın ölkəmizə qarşı nifrət və müharibə cinayətləri ilə bağlı xüsusi hesabatların hazırlandığını və beynəlxalq təşkilatlara, xarici ombudsman və milli insan hüquqları institutlarına göndərildiyini söyləyib.

S.Əliyeva növbədənkənar prezident seçkiləri ərəfəsində Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda və regionlarda vətəndaşların seçki hüququnun təmini mövzusunda birgə hüquqi-maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qonağın diqqətinə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı