AŞPA-dakı şou - Avropanın ikiüzlü siyasətinin gerçək motivləri

Siyasət 08:54 29.01.2024

Ednews müstəqil jurnalist, Qərbi Azərbaycan İcması Aparatının əməkdaşı Lamiyə Rövşənqızının “AŞPA-dakı şou - Avropanın ikiüzlü siyasətinin gerçək motivləri” adlı yazısını təqdim edir 

AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul etməməsi ilə bağlı qətnamə əslində bu qurumda mövzu ilə əlaqədar məsələ qaldıran qüvvələrin demokratik və mütərəqqi cəmiyyət qurma adı altında əlindəki səlahiyyətlərdən istifadə edib, sabitliyə və sülhə köklənmiş bir ölkənin qələbələri və uğurlarının həzm oluna bilmədiyini göstərən növbəti şou, riyakarlıq göstərişidir.

Bu xüsusda canfəşanlıq edən ölkələrdə istər iqtisadi, istərsə də insan hüquqları ilə bağlı məsələlərdə vəziyyətin heç də ürəkaçan olmadığı sirr deyildir. Bunun üçün dünya media arenasının gündəmini izləmək kifayətdir. Özünü canıyanan göstərib, qəbul olunan qətnamədə dəfələrlə "narahatlıqlarını" qeyd edən  şou iştirakçıları bəlkə də bununla öz ölkələrində baş verən beynəlxalq hüquqa zidd olan və dünyanın gündəmini zəbt edən insan haqlarının əzilməsi səbəbilə alovlanan saysız iğtişaşlardan diqqəti yayındırmaq məqsədi güdürlər. 

Ərazisi parçalanmış, ən yeni tarixdə 30 il boyunca kütləvi qətliamlara, soyqırıma məruz qalmış, iqtisadiyyatı, ordusu, mənəviyyatı çökdürülmüş kiçik bir ölkənin güclənməsi, haqqını tələb etməsi, heç bir xarici dəstək olmadan müharibə edib işğal olunmuş torpaqlarını geri qaytarması və bununla da yetinməyib, öz iqtisadiyyatı hesabına yerlə bir edilmiş yaşayış məskənlərini yenidən, sıfırdan inşa etməsi görəsən AŞPA-nın "sülhsevər", "insansevər" nümayəndələrini niyə sevindirmir? Məgər faşizm üzərində qələbə uğur deyilmidir?! Avropaya, demokratik cəmiyyət quruculuğuna inteqrasiya yolunda bundan gözəl töhfə ola bilərmi?

Avropa Birliyinin yalnız pafosla, nə demokratiya nə də dünyada sülh üçün ortaya heç bir əməli iş qoymayan “şoumenləri” unutmasınlar ki, Azərbaycan hökumətinin və bu ölkənin başçısının yürütdüyü siyasətin qarantı da, dəstəkçisi də 30 illik iztirabdan alnının ağı və şəhidlərinin qanı ilə qurtulan məhz Azərbaycan xalqıdır. Yetərincə siyasi dünyagörüşə və multikultural dəyərlərə malik olan Azərbaycan xalqı öz taleyini, suverenliyini bəlirləmək iqtidarında olduğunu son üç ildə bütün dünyaya açıq şəkildə göstərdi. Azərbaycanın dünəni də, bu günü də, inkişaf şkalası da göz qabağındadır. Bizim gizli, maskalanmış, pərdələnmiş və riyakarlıqla süslənmiş siyasətimiz heç zaman olmadı. Hansı ki, azərbaycanlılara və Azərbaycan xalqına qarşı müntəzəm olaraq ədalətsiz mövqenin şahidi oluruq. Bu gün erməni faşizmindən əziyyət çəkən, öz yurd-yuvalarından didərgin salınan, milli-mədəni, irsi, mənəvi dəyərləri məhv edilmiş milyonlarla qərbi azərbaycanlının hüquqlarının avropalı “hüquqsevərləri” narahat etməməsi olduqca tanış mövzudur. Azərbaycanın 30 ildə məruz qaldığı kütləvi qırğınlar, insanlığın utanc yeri olan Xocalı soyqırımı, Qarabağda hələ də aşkar edilməkdə olan işgəncə ilə öldürülmüş sivil insanların məzarlıqları indiyədək kimi narahat etdi ki? 

Təəssüf ki, sadalananlar pafos və ya yalan məlumat yox, acı reallıqdır. Azərbaycan və azərbaycanlıların acısı və reallığı. Lakin digər reallıqlar da var. Odur ki, doğulduğu torpağa həsrət qalan bir qərbi azərbaycanlı olaraq, bu xatırlatmanı diqqətə çatdırmağı özümə borc bilirəm. Olan-olmazla, həqiqətə uyğun olmayan məlumatlarla dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışan AŞPA təmsilçilərinin görəsən öz ölkələrindən xəbərləri varmı?  

Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən Almaniya nümayəndə heyətindən deputat Frank Şvabenin (Frank Schwabe)  bu xüsusdakı arqumentlərini riyakarlığın pik həddi, Azərbaycana qarşı təşkil olunmuş qərəzli şounun ən iyrənc səhnəsi hesab etmək olar. Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbuslar var, erməniləri Qarabağdan zorla çıxarmışıq, AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri 3 dəfə baş tutmayıb və fevralın 7-də keçiriləcək prezident seçkilərinə AŞPA nümayəndələri dəvət olunmayıb. Yəni dünyanın müharibələr məngənəsində alovlandığı, milyonlarla insanın, körpələrin qırıldığı qanlı iğtişaşlar qalıb bir yanda, Cənubi Qafqaza sülh gətirib barışıq sazişi imzamalağa razılıq verən Azərbaycana dəstək olmaq keçib arxa plana, adamı “narahat” edən məsələyə bax! Əgər həqiqətən qlobal problemləri önləyəcək bu kimi detallar önəm daşıyırsa, yaxşı olar ki, cənab Şvabe bir az da öz ölkəsindən danışsın. Məsələn, dünyanın aparıcı media portallarında Almaniyada baş verənlər haqda həqiqətən insanı şoka salacaq faktlar yer almaqdadır. 

Cənab Şvabe, kilsələrinizdə baş verən utancverici olaylardan xəbəriniz varmı? Rəsmi təhqiqat materiallarındakı məlumatlara əsasən, istər Katolik, istərsə də Evangelist kilsələrində seksual zorakılığa məruz qalmış qurbanların sayı 2225 nəfərə çatıb. Deyilənə görə, bu hələ aysberqin görünən tərəfidir, zərərçəkmişlərin sayı getdikcə artır. Və yaxud, ölkənizdəki fermerlərin ötən ildən bu günədək davam edən etiraz aksiyalarından, tənəzzülə doğru gedən Almaniya iqtisadiyyatından danışılsaydı, daha məqsədəuyğun olardı. Miqrantların hesabına əhali sayını çoxaldan, özünü yardımsevər dövlət kimi təqdim etməyə çalışan  Almaniyanın bu sahədə də uğursuz siyasətinin ağır nəticələrini yaşaması haqda kifayət qədər məlumatlıyıq. 

Siz ən yaxşısı, müharbəyə təhrik edib yarıyolda qoyduğunuz Ukraynanın taleyini müzakirə edin. Sizinlə həmfikir olan Fransa Ukraynada tüğyan edən korrupsiyaya görə bu ölkəyə silah satışını dayandırmağı müzakirə edir. Tarixinin Əlcəzair kimi qara ləkəsini təmizləmək əvəzinə, burnunu Cənubi Qafqaza soxmağa çalışan Fransa prezidenti Makron, baş nazir postuna gey yoldaşını gətirməklə, “örnək” olmaq istəyirsə, bu trendə siz də qoşula bilərsiniz. Amma heç kim öz milli dəyərləri olan bir ölkəyə bunu qəbul etdirmək ixtiyarında və iqtidarında deyil. Bizim öz qanunlarımız, öz yolumuz var. Əgər təmsil etdiyiniz qurum bu iyrənc, qeyri-insani, mutasiyaya uğramış düşüncə ilə formalaşmağa davam edəcəksə, təbii ki, Azərbaycan kimi kosmopolit olduğu qədər, bəşəri keyfiyyətlərə önəm verən bir ölkənin sizinlə bir sırada dayanması qeyri-mümkün və arzuolunmazdır. 

Ermənilərin Qarabağdan zorla çıxarılmalarına gəlincə, hörmətli AŞPA nümayəndələri, xatırlayırsınızsa,  2018-ci ildə Azərbaycan nümayəndə heyəti ermənilərin açdığı atəş nəticəsində nənəsi ilə birgə öldürülən 2 yaşlı Zəhranın fotolarını təqdim edib, Azərbaycanda müharibədən əziyyət çəkən, qətl edilən, qaçqınlıq həyatı yaşayan körpələrdən söz açmışdılar. Həmin vaxt da səssiz qaldınız. Xocalıya göz yumduğunuz kimi. Nəhayət ədaləti özümüz bərpa etdik. Amma hələ də doğulduğu Vətəninə, babalarının məzarına  həsrət qalanlar var. İndiki Ermənistandan, öz tarixi torpağından qovulan minlərlə qərbi azərbaycanlı heç bir torpaq iddiası qaldırmadan öz yurdumuza qayıtmaq istəyirik. Axı bizi də zorla çıxarıblar!!! 

O ki, qaldı, prezident seçkilərinə... Azərbaycanın liderinin sözü və imzası bu xalq üçün hər zaman dəyərli və önəmlidir! Çünki bu imza Dəmir Yumruqla atılır! Fevralın 7-də isə bu yumruq daha möhkəm, monolit olacaq! Bir sırada dayanmağa lüzum bilmədiklərimiz bu təntənəni müşahidə etməsələr də olar! Azərbaycan xalqı fevralın 7-də seçkiyə yox, öz Milli Qəhrəmanına vəfa borcunu ödəmək üçün gedəcək.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı