Rusiya sülh müqaviləsinin Moskvada imzalanmasında maraqlıdır – GİZLİ MƏQAMLAR

Siyasət 11:53 25.01.2024

Rusiya sülh müqaviləsinin Moskvada imzalanmasını təklif edir. Rəsmi İrəvan isə Bakıdan belə bir razılığın alınmadığını bildirib. 

Məsələ ilə bağlı Ednews-a politoloq Tural İsmayılov bildirib ki, daha əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişel iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı vasitəçi qismində çıxış etməyə çalışıb. Sonradan Avropa İttifaqı daxilində məhz Fransanın qızışdırıcı mövqeyi nəticəsində Azərbaycanla Ermənistan arasında real sülhlə bağlı hansısa nəticə əldə edilməyib. Bir sözlə, Brüssel formatı kontekstində Qərbin vasitəçilik missiyaları o qədər də uğurlu olmayıb.

“İndi də hansısa nazirlər toplantısında, yaxud Avropa İttifaqının formal iclaslarında nəinki Azərbaycan-Ermənistan münasibətləri, ümumiyyətlə, dünyadakı siyasi münasibətlər sistemi ilə bağlı obyektiv qərarların veriləcəyini düşünmürəm. Ayrı-seçkiliyi görməyəni, 30 il ərzində işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoyan platformalardan hansısa uğurlu yanaşma gözləmək olmaz.

Bu gün də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı Avropa İttifaqı, Avropa İttifaqının Nazirlər Komitəsi hansısa praktiki təzyiq imkanlarından istifadə etməyib. Bu amillər nəzərə alındıqda belə iclaslarda nəticə əldə olunacağını düşünmək qeyri-mümkündür. Eyni zamanda Ermənistan hələ də Rusiya forpostu olsa da guya Moskva görüşlərindən yayınmağa çalışır. Lavrov da son açıqlamalarında mahiyyəti tam ifadə etməyə çalışsa da, müəyyən məsələlərdə yenə tam açıq danışmadı”.  

Tural İsmayılovun fikrincə, Lavrovun yanaşması obyektiv reallığı özündə ifadə etmir:

“Düzdür, Lavrovun media mənsublarının suallarını cavablandırarkən Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən yayınması ilə bağlı söylədiyi fikirlər həqiqətdir. Ancaq delimitasiya məsələsində Azərbaycanı da günahlandırmasının heç bir əhəmiyyəti yoxdur”. 

Politoloq qeyd etdi ki, faktiki olaraq bu gün Azərbaycan və Ermənistan üçün üçüncü tərəf olmadan birbaşa təmasların artırılması daha məqbul variantdır. Yəni, üçüncü tərəf olmadan delimitasiya ilə bağlı təmasların keçirilməsi daha uyğun formatdır: 

“Bu isə Rusiya və Qərbi müəyyən formada narahat edir. Əslində Lavrovun sonuncu açıqlamasında da Rusiyanın üçüncü tərəfsiz, birbaşa görüşlərdən o qədər də razı olmadığı mesajı səsləndi. Lavrovun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı fikirləri, Qərbin təhriki ilə rəsmi İrəvanın regiona ancaq problem gətirməsi fikirləri doğrudur. Ancaq digər tərəfdən Rusiyanın özünün forpostu olan Ermənistanın bölgədə yaratdığı destruktiv fəaliyyəti də qeyd etməli idi. Çünki faktiki olaraq regionda bu günə qədər işğalçılığın, aqressiyanın və həmçinin Cənub Qafqazda regional qeyri-sabitliyin ən böyük günahkarı Ermənistandır. Ermənistanın bütün bu məsələlərdə tutduğu dağıdıcı mövqe təkcə onun Qərbdəki havadarlarının əli ilə baş verməyib. Faktiki olaraq Ermənistanın arxasında dayanan ən ciddi güclərdən biri Rusiyadır. Günü bu gün də Ermənistanda nə qədər sorosçular hakimiyyətdə olsa da, iki ölkə münasibətlərində çatlar dərinləşsə də faktiki olaraq bu ölkə Moskvanın forpostudur. Ermənistanda Rusiyanın hərbi bazası var, bu ölkənin sərhədlərini ruslar qoruyur. Sülhə yaxınlaşma ilə bağlı böyük ümidlərimiz var idi. Amma son hadisələr həm də düşündürür...”

Oğuz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı