Könül Nurullayeva: “Fransa Azərbaycana qarşı bütün platformalarda ən aqressiv formada iş aparır”

Siyasət 10:47 16.01.2024

"Azərbaycan və Fransa arasında diplomatik gərginliyin intensivləşməsinin başlıca səbəbkarı rəsmi Paris özüdür. Son 4 ildir bu ölkə Azərbaycana qarşı bütün platformalarda ən aqressiv formada iş aparır". 

Bu sözləri Ednews-a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib. Onun sözlərinə görə, xüsusilə 2020-ci ilin yayında - Tovuz hadisələrindən bəri Azərbaycana qarşı çoxsaylı təxribatlara əl atan Fransa daxili işlərimizə müdaxilə edir, ölkəmizdə kəşfiyyat işi apararaq, özünün 5-ci kalonunu yaratmağa can atır: 

"Məlumdur ki, Fransa səfirliyinin iki “katibi” Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları olub. Onların Azərbaycan DTX tərəfindən zərərsizləşdirilməsi Fransada da Xarici Təhlükəsizlik Baş İdarəsinin məğlubiyyəti kimi qəbul edilir və bu, Yelisey sarayını hiddətləndirib. Fransa mətbuatı Fransanın dənizaşırı dövlətlərdə mövqelərinə xələl gətirən silsilə dövlət çevrilişlərindən sonra bu baş verənləri, E. Makronun Kəşfiyyat Xidmətinin rəhbərini postundan azad etməsi qərarını sürətləndirən amil kimi izah edirlər. Özünü söz azadlığının müdafiəçisi zənn edən Fransa beynəlxalq normalara zidd olaraq, Makronun siyasətini tənqid edən şəxslərin sərbəst hərəkət etmək hüququnu kobud şəkildə pozur. Fransa hökuməti öz tənqidçilərini nəinki ölkəyə buraxmır, onların hətta başqa Avropa ölkələrinə səfərlərini də əngəlləməyə çalışır, bunun üçün digər ölkələrə belə təzyiqlər edir".

Xanım millət vəkili qeyd etdi ki, eyni zamanda Qarabağda “mədəni irsə təhlükə”yə dair əsassız iddialar irəli sürən Fransanın öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Azərbaycan ziyalısı-Natəvanın heykəlinin təhqir olunması, vandalizmi törədənlərin hələ də cəzalandırılmaması Parisin əsl simasını açmağa zəmin yaradır:

"Fransa Ermənistana silah satmaqla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına zərbə vurur, Ermənistandakı radikal qüvvələri revanşa  həvəsləndirir. Fransa Cənubi Qafqazda sabitliyi pozmaqla kifayətlənmir, Sakit Okean regionunu da müharibəyə sürükləyir. Təsadüfi deyil ki, Paris Hind-Sakit okean, eləcə də Karaib-Amerika zonası və Korsikadan müharibə hazırlıqlarında geostrateji hərbi bazalar kimi istifadə etməkdədir. Burada yeni hərbi bazalar yaratmaq niyyətindərir. Xatırlatmaq yerinə düşər ki, Fransanın Yeni Kaledoniyanın tam özünüidarəetməyə yiyələnməsi üçün beynəlxalq hüquqi öhdəliyi olmasına baxmayaraq, COVİD pandemiyasının ən sərt dövründə məcburi referendum təşkil etmişdi, hətta bu fakt BMT tərəfindən də qınanılmışdı.

Məsələ burasındadır ki, bu gün Fransanın uğursuz cəhdləri həm də Avropa İttifaqının beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurur".

Oğuz 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı