Cənubi Koreya meşə yanğınları ilə mübarizə aparır

Təbii fəlakət 07:55 28.03.2025

Cənubi Koreyada tüğyan edən meşə yanğınlarının miqyası ötən günlə müqayisədə cümə axşamı iki dəfə artıb. Hakimiyyət orqanları ən azı 27 nəfərin ölümünə səbəb olan yanğınları ölkənin ən dəhşətli təbii fəlakəti adlandırıb. Yanğın tarixi məbədləri məhv edib.

"EDnews" xəbər verir ki, Cənubi Koreyanın mərkəzi İyson qəzasında başlayan ən böyük yanğın nəticəsində 33 min hektardan çox ərazi yanıb. 2000-ci ilin martında yanğın 24 min hektar ərazini məhv edib.

“Biz bütün ölkə miqyasında kritik vəziyyətdəyik, meşə yanğınlarının görünməmiş sürətlə yayılması nəticəsində çoxsaylı insan tələfatı var”, - deyə Prezident səlahiyyətlərini icra edən Han Dok Su yanğınların aradan qaldırılması ilə bağlı hökumətin iclasında bildirib.
Hərbçilər ölkənin cənub-şərqində artıq bir həftədir yanğınların davam etdiyi dağlıq ərazilərdə yanğınlarla mübarizə üçün aviasiya yanacağı ehtiyatı ayırıb.

Təhlükəsizlik Nazirliyi üç bölgədə yanğınların söndürülməsi üçün 120-dən çox helikopterin cəlb etdiyini bildirib. Cənubi Koreya dağlıq ərazisi olduğu üçün meşə yanğınları ilə mübarizə məqsədilə helikopterlərdən istifadə edir. Çərşənbə günü yanğını söndürərkən qəzaya uğrayan helikopterin pilotu həlak olub. 

İysonda başlayan meşə yanğınları sürətlə şərqə doğru irəliləyir, demək olar ki, sahilə qədər güclü küləklərlə yayılıb, quru hava şəraiti isə vəziyyəti daha da gərginləşdirir.

Meşə yanğınları Sinqapurun təxminən yarısına bərabər olan sahədə dağıdıcı iz qoyub, Şimali Könsan əyalətinin dağlıq meşəlik ərazilərindəki tarixi məbədlər və evlər də daxil olmaqla, yolunda olan hər şeyi məhv edib. 

Yanğınsöndürənlər UNESCO-nun Ümumdünya İrsi obyektləri olan Hahve kəndini və 450 ildən çox əvvəl Andon şəhərində əsası qoyulmuş Pönsan Konfutsi Akademiyasını qorumaq üçün növbə çəkirlər.

Yanğınlar artıq digər tarixi yerlərə, o cümlədən 681-ci ildə tikilmiş İysondakı Qoyunsa məbədinin böyük hissəsinə ciddi ziyan vurub.

Fatimə Şükürova // EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı