İranın Rəşt şəhərinin ətraf ərazilərinə dron hücumları qeydə alınıb.
“EDnews” xəbər verir ki, bu barədə ISNA agentliyi Gilan vilayəti valisinin müavininə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin vaxtında müdaxiləsi nəticəsində hücum uğurla dəf edilib və bütün dronlar məhv edilib.
Dronların hansı istiqamətdən göndərildiyi barədə məlumat verilmir.