Rusiyalı poltioloqdan SENSASİON AÇIQLAMA: "Ermənistan KTMT-də bir casus kimi istifadə edilir" - MÜSAHİBƏ

Müsahibələr 15:25 14.08.2024

"Ermənistan bu təşkilat daxilində baş verənləri izləyəcək bir növ casus kimi Qərbin xüsusi xidmət orqanları tərəfindən istifadə olunur. Çünki hər halda Ermənistanı təmsil edən bəzi adamlar, katiblər orada qalıblar və buradan Qərb kəşfiyyat orqanlarına məlumat ötürə bilirlər".

Bu sözləri Ednews - a müsahibəsində rusiyalı politoloq Darya Qrevçova söyləyib:

 407218414_0_74_2000_1205_1920x0_80_0_0_e46162432453d2b21a164be8e977fcc3.jpg

- Sizcə, ABŞ niyə Ermənistanda hərbi mövcudluğunu gücləndirir? Onların Cənubi Qafqazda əsas məqsədi nədir? Nəzərə alsaq ki, avqustun 6-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarənin Ermənistanın Zvartnots hava  limanına enməsi ilə bağlı bir sıra materiallar ortaya çıxıb.

 - ABŞ Ermənistandan istifadə edərək Cənubi Qafqazda silahlı forpost yaratmağı hədəfləyir. O zaman orada ABŞ-ın nəzarəti altında kifayət qədər ciddi silahlar olarsa, düşmənləri nə qarşı böyük təhdid, münaqişə ocaqları yaratmaq mümkün olacaq. Vaşinqtonun da düşməns saydığı ölkələrdən ikisi İran və Rusiya eyni regionda yerləşir. Regionun digər ölkələri Azərbaycan və Türkiyə də Ermənistanla həmsərhəddir. Yəni Cənubi Qafqazda belə münaqişə ocaqlarının yaradılması ABŞ üçün ilkin prioritetdir. Onlar artıq öz adamlarını, mütəxəssislərini orada tanıtdırırlar ki, həm Ermənistan rəhbərliyinə, həm də sadə vətəndaşlara təsir göstərə bilsinlər. Gördüyümüz kimi, əgər indi ABŞ-ın məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdırsa, o zaman onlar dayanıb başqalarına, hətta qonşu ölkələrə qarşı silahlı təxribatlara belə gedə bilərlər. Bu, çox təhlükəli tendensiyadır və bu barədə danışmaq və bunu ilk növbədə Ermənistan rəhbərliyinə çatdırmaq lazımdır ki, ABŞ-ın hərbi sahədə bu cür əməkdaşlığının nəticəsi ağırdır.

 - Sizcə, Ermənistan bu ilin sonuna kimi KTMT-dən çıxacaqmı?

 - Ermənistan uzun müddətdir, KTMT-dən kənara çıxmaq istəyir, lakin o, öz kuratorlarının qərarını, müvafiq olaraq, Qərb ölkələrinin qərarını gözləməkdədir. Qərara gəlinsə ki, Ermənistan təşkilatı tərk etməlidir, o zaman o, istənilən vaxt, bəlkə ilin sonuna qədər, ya da qanuna uyğun olaraq növbəti ilin ilk aylarında çıxacaq. Ona görə də indi Ermənistanın kuratorlarının qərarını bilmədiyimizdən onun tərk edib - etməyəcəyini demək mümkün deyil. Onu da qeyd etmək yerinə düşər ki, Ermənistanın baş naziri Paşinyan son vaxtlar fəal olaraq ictimaiyyət qarşısında çıxış edir, o cümlədən ölkənin təşkilatdan çıxacağı vaxtın gələcəyini bəyan edir. Ermənistan KTMT-dən çıxacaq, amma indiki situasiyada deyil. Ola bilsin ki, onun Qərb tərəfdaşları Ermənistandan KTMT-də nifaq salmaq və hər hansı maneələr, o cümlədən bürokratik maneələr yaratmaq üçün istifadə edəcəklər. Biz bilirik ki, Ermənistan KTMT-yə töhfə vermir, birgə iclaslarında, təlimlərində dəiştirak etmirlər. Yəni hər hansı maneənin yaradılması tamamilə onun ruhunda var. O da mümkündür ki, Ermənistan bu təşkilat daxilində baş verənləri izləyəcək bir növ casus kimi Qərbin xüsusi xidmət orqanları tərəfindən istifadə olunur. Çünki hər halda Ermənistanı təmsil edən bəzi adamlar, katiblər orada qalıblar və buradan Qərb kəşfiyyat orqanlarına məlumat ötürə bilirlər.

 - Sülh müqaviləsi layihəsindən Zəngəzur dəhlizi ilə bağlı maddənin çıxarılması regionda yeni proseslərə yol açdı. Zəngəzur dəhlizinin sülh gündəmindən çıxarılması danışıqlar prosesinə müsbət təsir göstərə bilərmi? Bu qərarın regional və qlobal maraqlar baxımından nə kimi nəticələri var?

- Görürük ki, Ermənistanı sülh sazişi bağlamağa sövq etmək üçün Azərbaycan hətta Zəngəzur dəhlizi ilə bağlı bəndi də götürməyə hazırdır. Yəni, prezident İlham Əliyev sülh müqaviləsi imzalanandan sonra bunu müzakirə etməyi təklif edir. Bu, əlbəttə ki, Ermənistana qarşı bu sülh müqaviləsini tez bir zamanda bağlamaq və birgə işləmək, problemləri həll etmək üçün atılmış addımdır. Bildiyimiz kimi, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan israr edir ki, bu dəhliz Rusiya hərbçilərinin deyil, Qərb dövlətlərinin - Fransanın, ABŞ-ın nümayəndələrinin nəzarətində olsun. Ona görə də bu, təbii ki, Azərbaycan üçün müəyyən təhlükə yaradır, çünki bu onun sərbəst hərəkətinin asılı vəziyyətə düşməsi deməkdir. Mülki nsanlar, yük daşımaları bu dəhlizlə hərəkət edəndə Qərb dövlətlərinin qərarından asılı ola bilərlər. İstənilən vaxt keçidin bağlı olduğunu, qadağan olunduğunu söyləyə, hətta bu marşrutun fəaliyyətini dayandırmaq üçün hər hansı əsas gətirə bilərlər. Elə olarsa, bura kifayət qədər Azərbaycanın da imicinə mənfi təsir göstərəcək. Ona görə də bu, kifayət qədər çətin bir məqamdır. Biz görürük ki, Ermənistan Qərb tərəfdaşları ilə əməkdaşlıq yolunu seçib və Qərb tərəfdaşları Azərbaycana, ABŞ-a və Fransaya o qədər də dost deyil. Ona görə də Zəngizur dəhlizi ilə bağlı belə mürəkkəb dialoq hələ də gözləmə vəziyyətindədir. Lakin məhz mürəkkəb və uzun proses olduğundan bəlkə də bu Zəngəzur dəhlizi üçün İrandan alternativ yolu çəkmək daha asandır. Lakin hər formada alınan bu qərar vacibdir və sülh müqaviləsinin imzalanmasını gecikdirməmək üçün Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı bu bəndi sülh müqaviləsindən çıxarmağa hazırdır.

 - Avqustun 6-dan etibarən Rusiya ciddi cəhdlərə baxmayaraq, Kursk sərhəddində işğal etdiyi ərazilərdən Ukrayna ordusunu çıxara bilmir. Elə dünən Aleksey Smirnov Putinlə görüşdə deyib ki, Kursk vilayətində vəziyyət mürəkkəbdir, 28 yaşayış məntəqəsi artıq Ukraynanın nəzarətinə keçib. Bu vəziyyəti necə qiymətləndirirsiniz? Obyektiv bir perspektivdən bu əməliyyatı uğurlu hesab edirsinizmi?

 - Kursk vilayətinin işğalı Zelenski və kuratorlarının bir oyunudur. Onlar yaxşı başa düşürdülər ki, Ukrayna daxilində məğlub olurlar. Ona görə də bir növ "imic qələbəsi" yaratmalı, öz mövqelərini, ilk növbədə öz əhalisinin, Qərb kuratorlarının gözündə möhkəmlətməli idilər ki, nəsə edə bilərlər və uğur qazanırlar. Beləliklə gördüyümüz kimi, onlar asanlıqla Kursk vilayətinə soxulub orada müəyyən mövqelər tutublar. Bunu bir tərəfdən bunu uğurlu adlandırmaq olar, çünki onlar artıq bir həftədən çoxdur oradadırlar və bu kifayət qədər ciddi bir müddətdir hansı ki, bu da onlara həqiqətən güclü olduqlarını və nəsə bacardıqlarını söyləməyə imkan verir. Təbii ki, Qərb mətbuatı üçün bunlar kifayət qədər gözəl materiallardır, Ukraynanı dəstəkləyən gözəl məqalələr dərc edilir. Lakin, digər tərəfdən, onlar hələ də çox yaxşı başa düşürlər ki, Rusiya onları orada əzəcək və təbii ki, onların daha da dərinə getməyinə imkan verməyəcək. Başqa bir sual budur ki, bu nə qədər vaxt aparacaq? Rus əhalisi də orada yerləşir və mülki əhali arasında itkiləri azaltmaq üçün Rusiya kifayət qədər dəqiq döyüş aparır. Bunun üçün bir qədər vaxt lazımdır, yəni ciddi artilleriya ilə vurmaqla onları dərhal qovmaq olardı, amma sonra xeyli mülki insan həlak olardı. Ukrayna Silahlı Qüvvələrindən hərbçilərin çıxarılmasını istisna etmək üçün məqsədyönlü zərbələr lazımdır. Bundan savayı  Zelenskinin Kursk Atom Elektrik Stansiyasına yaxınlaşmaq planı ümumiyyətlə qəbuledilməzdir; Ümumilikdə Kiyev başa düşməlidir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti istiqamətində etdiklərinə görə məsuliyyət daşıyacaq və bunun ciddi nəticələri olacaq. Ona görə də Ukrayna Silahlı Qüvvələrinin bunun birbaşa uğurlu əməliyyat olduğunu söyləməsi mümkün deyil, çünki biz onun nəticələrini bilmirik. 

Söhbətləşdi: Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı