Ermənistan təhlükəsizlik qarantı olmayan ölkəyə çevriləcək - Beynəlxalq ekspert ilə gündəm MÜSAHİBƏSİ

Müsahibələr 15:35 06.08.2024

Ednews rus əsilli siyasi analitik Endryu Koribko proseslərlə bağlı özəl müsahibəsini təqdim edir:

3535702.jpg

- Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılmasına necə dəyərləndirirsiniz?

- Rusiya sərhədçilərinin çıxarılması Ermənistanın qərbyönlü meylinin əyani əlamətidir və bu, Paşinyan Qərbin dəstəklədiyi “məxməri inqilab” vasitəsilə hakimiyyətə ilk gəlişindən bəri davam edən, lakin Ermənistanın 2020-ci ildə məğlubiyyətindən sonra və xüsusən də keçən il Qarabağın azad edilməsindən sonra daha da sürətlənib. Bu, siyasi cəhətdən müttəfiqliyə xələl gətirən bir addımdır, lakin həm də Rusiyanın Ermənistanın qərbyönlü mövqeyini izləməsini çətinləşdirmək, onun peykindən çıxarmaq məqsədi daşıya bilər. Beləliklə Rusiya hansı Avropa ölkəsinin Ermənistana daxil olub-olmadığına nəzarət edə bilməyəcək.

- Ermənistan bu ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını gözləyirsinizmi?

- KTMT Nizamnaməsində deyilir ki, üzvlər çıxmazdan altı ay əvvəl xəbərdarlıq etməlidirlər və artıq avqust ayında olduğumuzu nəzərə alsaq, Ermənistanın bu ilin sonuna kimi qanuni olaraq tərk etməsi mümkün deyil. Həm də Təşkilatda üzvlərin çıxarılması mexanizmi yoxdur, ona görə də ən azı gələn ilə qədər KTMT-də qalacaq. Ermənistan çətin ki, rəsmi olaraq çıxsın. Çünki nəzərə alsaq ki, belə olduğu təqdirdə buna alternatv NATO təşkilatdır. Qərb ölkələri buna pozitiv baxsa da, Türkiyə NATO-ya daxil olmasına icazə verməyəcək. Ermənistan isə beləliklə heç bir xarici təhlükəsizlik qarantı olmayan ölkəyə çevriləcək.

- Nikol Paşinyan hələ də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasına yenidən baxmaqdan imtina edir. Bunu nəzərə alaraq, bu ilin sonuna kimi sülh sazişinin imzalanacağını gözləmək olarmı?

-  Azərbaycan açıq şəkildə bildirdi ki, Ermənistan öz konstitusiyasındakı ərazi iddiaları ilə bağlı müddəaları aradan qaldırmadan heç bir sülh sazişi mümkün deyil. Paşinyan yeni konstitusiyanı ilin sonuna qədər uğurla referenduma çıxara bilsə belə, onun parlamentdən keçəcəyinə heç bir zəmanət yoxdur. Ən yaxşı ssenari odur ki, Ermənistan regional sabitliyi qorumaq üçün nəhayət sülh sazişi imzalanana qədər Azərbaycana qarşı sərhəd təxribatlarından çəkinsin.

- HƏMAS rəhbəri Haniyənin öldürülməsi böyük regionala müharibəyə səbəb olacaqmı? Azərbaycan üçün də təhlükə varmı? Hadisələrin baş vermə ehtimalını necə dəyərləndirirsiniz?

- Heç kim İranın necə cavab verəcəyini və bunun regional eskalasiyanı daha da pisləşdirib-pisləşdirməyəcəyini əminliklə deyə bilməz. Bununla belə, bir sıra saytlarda, nəşrlərdə, KİV - lərdə iddia edildiyi kimi, Azərbaycan İsrailə, İrana qarşı qisas almaqda kömək etməsə, onun üçün heç bir təhlükəsi olmayacaq. Bu şayiələrə inanmaq üçün heç bir etibarlı səbəb yoxdur, xüsusən də nəzərə alsaq ki, bu xarici qüvvələr tərəfindən təbliğ edilir. Belə olan halda azərbaycanlılar bu regional eskalasiya dövrünə düşməkdən narahat olmamalıdırlar.

Söhbətləşdi: Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı