"Paşinyan istəsə də, istəməsə də Rusiya ilə hesablaşmalıdır".
Bunu Ednews TV-yə müsahibəsində politoloq Fərhad Məmmədov Ermənistan və Rusiya arasındakı münasibətləri şərh edərkən deyib.
"Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi ötən il ilə müqayisədə, bu ilin ilk 2 ayında nisbətən 2 dəfə artım var. Nəzərə almaq lazımdır ki, ticarət dövriyyəsi artanda, bu artıma çoxlu sayda fiziki və hüquqi şəxslər qoşulur. Belə olduğu təqdirdə həmin Ermənistan vətəndaşları Rusiya ilə iqtisadi münasibətlərdən aslı vəziyyətə gətirilir. Ona görə də Paşinyan istəsə də, istəməsə də Rusiya ilə hesablaşmalıdır".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən izləyə bilərsiniz:
Əkbər Novruz