Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 15:24 23.04.2024

Geridə qalan həftə olduqca geosiyasi cəhətdən bir çox maraqlı hadisələri ilə yadda qaldı. İranın ilk dəfə İsrailə birbaşa hücumu, Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasının yekun qərarı və Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi bunlara aiddir. 

Rus əsilli siyasi analitik Endryu Koribko proseslərlə bağlı Ednews - a özəl müsahibə verib:

- Son günlər Cənubi Qafqazda ciddi proseslər gedir. Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı hərbi kontingenti bölgəni tərk etməyə başlayıb. Rusiya qoşunlarının çıxarılması regionda mövcud siyasi vəziyyətdə nəyi dəyişəcək?

- Rusiya qoşunlarının çıxarılması regionda heç nəyi dəyişməyəcək. Onların missiyası yerinə yetirildi. Qərbi Azərbaycandakı yerli ermənilərə qalmaq imkanı verdilər, lakin təəssüf ki, onların əksəriyyəti ultra-millətçi diasporalarının (əsasən Fransada və ABŞ-da yaşayan) yaydığı saxta xəbərlərə aldanıb yaşadıqları torpaqları tərk etdilər. Vəziyyəti nəzərə alaraq, onların Azərbaycanda qalmaları üçün heç bir səbəb yoxdur, ona görə də getdilər.

- İrəvanla Bakı arasında Qazaxın işğal olunmuş 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması haqqında razılıq əldə olundu. Siz hadisəni necə qiymətləndirirsiniz?

- Ermənistanın işğal etdiyi həmin kəndləri Azərbaycana qaytarması xoş bir sürpriz oldu. Bu, onu deməyə əsas verir ki, əvvəllər Qərbin siyasi dəstəyi və müharibə riski altında işğalını davam etdirmək üçün hərbi yardım vədləri ilə cəsarətlənmiş kimi görünsə də, nəhayət ki, Qərb bu kəndlər üzərində Azərbaycanla düşmənçilikləri yenidən alovlandırsa, onu xilas etməyəcək. Ümid edirik ki, bu müvəqqəti deyil və Ermənistan siyasətinin hərtərəfli yenidən baxılmasıdır, hansı ki, nəticədə sülh razılaşması ilə başa çatacaq.

- Ermənistanla Azərbaycan arasında gözlənilən sülh sazişi bu il imzalanacaqmı?

- Davam edən danışıqların nə vaxt sülh sazişi ilə nəticələnəcəyini söyləmək hələ tezdir, lakin Ermənistanın işğal etdiyi həmin dörd Azərbaycan kəndini geri qaytarması ehtiyatlı nikbinlik yaradır. Paşinyan hər hansı sövdələşməyə zorakılıqla etiraz edə biləcək şəxslərə qarşı güc tətbiq etmək üçün siyasi iradəyə malik olmalı, hökumətinin bu hadisədə diaspora və Qərb kəşfiyyatının dəstəklədiyi rejim dəyişikliyinə uğurla dəf edə biləcəyinə kifayət qədər əmin olmalıdır. Bu ilkin şərtlərin yerinə yetirilib-yetirilmədiyi isə bəlli deyil.

- Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. İran ilk dəfə olaraq öz ərazisindən İsrailə raket və pilotsuz təyyarələrlə hücum edib. İsrail cavab verəcəyini bəyan etsə də, hələlik ciddi addım atılmayıb. Eyni zamanda, bütün bu böhran dövrünün fonunda İsrail Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirir. Yaxın Şərqdə baş verənləri necə qiymətləndirə bilərik? Bunun regional müharibəyə keçməsi nə qədər real görünür?

- Bu qarşılıqlı raket “atışma”ları İsrailin yenilməzlik aurasını dağıtdı. İran mərmilərinin əksəriyyətinin vurulduğu bildirilsə də, uğurlu olanlar (Qərbin yardım etdiyi halda belə), Dəmir Günbəzi yarmağın mümkün olduğu mesajı göndərildi. İsrailin mülayim cavabı hələlik gərginliyin azaldılması üçün sırf razılaşma kimi şərh edilə bilər.

Söhbətləşdi: Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı