Moldovanın Aİ-yə yaxınlaşması və Ukraynanı dəstəkləməsi... – İngilis politoloqla ÖZƏL ŞƏRH

Müsahibələr 14:00 04.04.2024

Moldova təxminən 3,5 milyon əhalisi olan Avropanın ən kiçik ölkələrindən biridir. Tarix boyu bir çox işğallara məruz qalmış, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini əldə etmişdir. Onun bir çox struktur, iqtisadi və siyasi problemləri var. Bu gün Kontinental Avropanın ən kasıb ölkəsi olduğunu söyləyə bilərik. Amma son zamanlar dünyanın, xüsusən də Avropanın gözü Moldovadadır... Bəs, kiçik və aşağı gəlirli qrupda olan Moldovanı dünyanın gündəminə gətirən nədir?  

Mövzu ilə bağlı ingilis politoloq Breandan Reyza Ednews-a  açıqlaması zamanı qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi regional müharibə kimi görünsə də, bir aspektdən bütün dünyaya təsir edən müharibədir:  

“Bu müharibənin Kontinental Avropada təzahürü fərqli olsa da, Kanadadan Şimali Koreyaya, Almaniyadan Nigerə kimi bütün dünyada öz təsirini göstərir. Moldova üç milyonluq kiçik ölkə olsa da, birtərəfli müstəqilliyini elan edərək faktiki respublikaya çevrilmiş Dnestryanı bölgə və Moldovaya da aid olan Qaqauziya Muxtar Vilayəti də daxildir. Başqa sözlə, Moldova dərin siyasi xətləri olan bir ölkədir. Son həftələrdə bu iki regionun liderləri sözün əsl mənasında Rusiyadan onları Moldovaya qarşı müdafiə etməyi xahiş ediblər. Moldovanın Rusiya əvəzinə Avropa Birliyinə yaxınlaşdığını, Moldovanın onlara təzyiqləri artırdığını, bu vəziyyətin həm özləri, həm də Rusiya üçün təhlükə olduğunu bəyan ediblər. Hazır ki, Moldova Hökuməti avropapərəstdir və onlar Aİ-yə daxil olmaq prosesindədirlər. Moldova bu təhlükəni gördüyü üçün Avropa, xüsusilə də Fransa ilə həm siyasi, həm də hərbi əlaqələri inkişaf etdirməyə çalışır. Bu səbəbdən Fransa ilə hərbi və iqtisadi müqavilələr imzaladı. Bütün bu prosesləri daha yaxşı başa düşmək üçün bu tənliyi görməliyik”.Bəziləri Fransa prezidenti Emenuel Makronun son çıxışlarını Aİ daxilində liderlik yarışı kimi görsə də, digərləri Makronun məqsədinin adını Fransa tarixinə yazmaq olduğunu düşünür. Axı Fransa son ritorikası ilə belə demək mümkünsə, Rusiyaya meydan oxuyur”.     

Politoloq vurğulayıb ki, Moldovanın Aİ-yə yaxınlaşması və Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləməsi Kişinyov-Moskva münasibətləri pisləşib:    
      
“Moldova Avropaya yaxınlaşarkən Moldova daxilində iki qrup bu prosesə qarşı çıxır. Digər tərəfdən, Dnestryanıdakı partlayış və açıq şəkildə Rusiyadan dəstək istəyən iki qrup mümkün müharibənin treyleri kimidir. Qarşıdakı dövrün nə gətirəcəyini bu gün görmək çətindir. Son həftələrdə Moldova daxilində muxtar strukturların yaranmasının arxasında böyük mübarizə silsiləsi dayanır. Yaxın gələcəkdə adlarını daha çox eşitəcəyimiz Dnestryanı və Qaqauziya Muxtar Vilayətinə qısaca nəzər salaq. Dnestryanı adı rumın dilindən tərcümədə "Dnestr çayının kənarında" deməkdir. BMT üzvü olan heç bir dövlət öz parlamenti, ordusu və polisi olan Dnestryanı tanımır. Moldova bu bölgəyə öz ərazisi kimi baxsa da, Rusiyanın nəzarətində olan bir bölgə desək, yanılmarıq. Bu bölgədə hələ də təxminən 1500 Rusiya hərbi qüvvəsinin olduğu təxmin edilir. Rusiya ilə quru sərhədi olmasa da, bölgədə yaşayanların əksəriyyətinin Rusiyaya bağlanmaq istədiyi bildirilir. Bölgədəki insanların əksəriyyətinin Rusiya pasportu var idi. Ötən ay Parlament Şurasının Dnestryanıda iclası keçirilib və iclasın yekunu olaraq, onlar Moldovanın onlara qarşı təzyiqləri artırdığını deyərək Rusiyadan müdafiə istəyiblər. Qərb ictimai rəyi belə bir fikirdədir ki, Rusiya bu təşəbbüsü planlaşdırıb. Qərbin qorxusu müharibənin Ukraynadan sonra Moldovaya sıçrayacağıdır”. 

Xəyal Ramiz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı