ABŞ, Çin və Tayvan arasında GƏRGİNLİK – Politoloq ŞƏRH EDİR

Müsahibələr 15:48 03.04.2024

“Bölgədə ən zəif tərəf Tayvan hesab olunur. Açıq şəkildə Tayvan Çinin iddia etdiyi ərazidir. Yarımkeçirici sənayesinin 70 faizini əlində cəmləyən Tayvanın Çin tərəfindən işğalı çip ticarətini çətinləşdirə bilər”.

Bu fikirləri politoloq Turab Rzayev Ednews-a açıqlaması zamanı bildirib. O, daha sonra qeyd edib ki, son vaxtlar ABŞ xüsusən Sakit okeanın Qərb sahillərinə, Cənub Şərqi Çin dənizi və Tayvan boğazında diqqət artırır:

“ABŞ-a rəqib sayıla biləcək hərbi güc formalaşır. Çin həddən artıq silahlanma edir və hərbi potensialını normadan çox yüksəyə qaldırıb. Çünki həmin bölgədə süni adalar və hərbi postlar yaradıb.

Çinin hazırda milyondan çox quru ordusu var. Eyni zamanda texnoloji cəhətdən Çin öz yerli təyyarə, gəmi və digər hərbi silahları istehsal edir. Sakit okean və Hind okenında hərbi bazalar yaradır. Ən son Kambocada böyük həcmli hərbi baza yaradıb. ABŞ isə həmin bölgədən Yaponiya dənizinə qədər olan yerləri öz müttəfiqləri kimi görür. Yaponiya, Koreya Respublikası, Tayvan və Filippin ABŞ-ın müttəfiqləri hesab olunur. ABŞ ümumiyyətlə bu əraziləri özünün təsir zonası kimi görür. Ona görə də vaxtaşırı olaraq ABŞ bu ölkələrlə diplomatik görüşlər keçirir və Çinə qarşı müdafiə zolağı yaratmağa çalışır”.

Politoloq düşünür ki, ABŞ nə qədər güclü olsa da Çinin üstünlüyü region baxımdan daha çoxdur: 
“ABŞ-ın vəziyyəti Çinə nisbətən daha çətin görünür. Çünki Çin öz ölkəsinin yaxınlığında olan sularda döyüşür. Ona görə də okeanın digər tayından gələn ölkə ilə vuruşmaq qismən daha asanlaşır. Eyni zamanda müttəfiq ölkələr ABŞ-ın onların ərazisində Çinlə mübarizə etməyə icazə verməyə bilərlər. Gərginliyin əsas səbəbi Çinin, ABŞ-ın Koreya, Yaponiya  və Tayvan ilə münasibətlərini dərinləşdirməsini təhdid olaraq görməsidir.”

Xəyal Ramiz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı