Sədrəddin Soltan: "İranın nüvəyə sahib olması Ön Asiyada faciəyə səbəb ola bilər"

Müsahibələr 12:02 13.03.2024


İran Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Qərb İrana qarşı sanksiyaları tamamilə ləğv etməyə hazır olsa, Tehran nüvə sazişinin tam bərpasına hazırdır. İranın nüvə silahına sahib olması regionda nə kimi problemlərə səbəb ola bilər. Buna görə Qərb həqiqətən sanksiyaları dayandıra bilərmi? Qərb və dünya ictimaiyyəti narahatdır? 


Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Ednews-a açıqlaması zamanı bildirib ki, beynəlxalq güclərin əsas hədəfi İranın nüvə silahına malik olmasını önləməkdir: 


“Xüsusən İsrail və ABŞ bu istiqamətdə daha çox fəaliyyət göstərirlər. Onların müttəfiqləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bir sıra  sanksiyalara qoşulublar. Hətta BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya səs verib. İranın nüvə proqramı ilə bağlı BMT Təhlükəiszlik Şurasının birmənalı şəkildə sanksiyası var. Son zamanlar İrana qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı müxtəlif fikirlər səslənir.

Vaxtıilə İraqa kütləvi qırğın silahına malik olması səbəbilə ABŞ başda olmaqla koalisiya gücləri hərbi əməliyyata başladı və nəticədə Səddam Hüseyn devrildi. İranın nüvə silahına malik olması ilə bağlı xəbərlər öz əksini tapsa, o halda İran hakimiyyətinə qarşı belə bir aksiyanın başlaması istisna edilmir. Çin və Rusiya İranı müdafiə etməkdə gücsüz olacaq.

Çünki Çin və Rusiya da İranın nüvə silahı əldə etməməsinə zəmanət verir. İranın nüvə danışıqlarını bərpa etməsi məsələsinə gəldikdə İran bunu həmişə istəyib”. 
Politoloq qeyd edib ki, 2015-ci ildə İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı əhatəli razılaşdırma planı təsdiqləndi, lakin bu uzun çəkmədi:
“Plana əsasən İran xam neftinə və bir çox kimya məhsullarına olan sanksiyalar zəiflədildi. Eləcə də İranın mülki aviasiyasına ehtiyat hisslərinin verilməsi ilə bağlı sanskiyaların götürülməsi nəzərdə tutulurdu.

Ancaq 2016-ci ildə Donald Trampın hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Tramp ölkəsini bu müqavilədən çıxmış elan  edərək razılaşma proqramı donduruldu. Daha sonra danışıqlar davam etsə də, hələ də nəticə vermir. Qərb İrandan nüvə sahəsindəki fəaliyyətində şəffaflıq tələb edir. Tehran hakimiyyəti uranın 80 faizinə qədər zəngilləşdirilməsi açıqlamasını vermələri, Qərbin ona olan inamını azaldır. Ehtimal olunur ki, Tehran hakimiyyəti nüvə silahı əldə etməyə çox yaxındır. İran rəhbərliyinin bu sferada olan fəaliyyətinə etimad edilmədiyindən sanksiyalar olduğu kimi qalır.

İranın nüvə silahı əldə etməsi təkcə özünü müdafiə hadisəsi kimi deyil, həm də regionda bu istiqamətdə tarazlığın pozulmasıdır. Qeyri-rəsmi məlumatlara əsasən İsrailin nüvə silahı var. Hökümət bunu rəsmi şəkildə bəyan etmir. Əgər İranın da nüvə silahı olarsa, regionda iki nüvə silahı olan düşmən ölkələr olacaq. Bu isə Türkiyə, Səudiyyət Ərəbistanı və Misirin narazıçılığına səbəb olacaq və sadalanan ölkələrdə bu istiqamətdə fəaliyyətlərini genişləndirə bilərlər. Bu isə Yaxın Şərqdə nüvə silahı əldə etmək uğrunda təhlükəli yarışmaya səbəb olacaq”.  


Xəyal Ramiz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı