"Yaxın Şərqdə gərginlik Tehran hakimiyyətinin xeyrinə olacaq" - ŞƏRH

Müsahibələr 15:00 04.03.2024

“The Arabic Post” İran və Livanın sağlam nəşrlərinə istinadən xəbər verir ki, İsrail Hizbullahdan qoşunlarını İsrail sərhədindən 20 km uzaqlığa, Litani çayının o tayına çəkməsini tələb edərək, böyük hərbi əməliyyat keçirəcəyi ilə hədələyir. Qeyd edək ki, bununla bağlı bir sıra görüntülər də ortaya çıxıb. İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bir mənbə nəşrə bildirib ki, İranın “Qüds” qüvvələrinin komandanı Esmail Qaani bu yaxınlarda Hizbullahın baş katibi Həsən Nəsrullaha baş çəkib və onunla Livanın cənubunda və İsrailin şimal sərhədində baş verən son hadisələri müzakirə edib. 

Livan və İsrail arasında yaxın bir zamanda bir eskalasiya gözlənilə bilərmi? Bu vəziyyətdə Yaxın Şərqdəki situasiya necə dəyişəcək?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Ednews-a açıqlamasında bildirdiki, İsrailin məqsədi Livanla  şərti sərhəddə bir sədd yaratmaqdır.

“İsrail ilə Livan arasında sərhəd məsələsinin həll edilməməsi tərəflər arasında qeyri-müəyyənliklərin yaranmasına səbəb olur. İsrail təhlükəsizlik üçün Livanı şərti sərhədlərindən bir qədər geridə durmağı tələb edir. Bunun üçün 20 kilometrlik sədd ilə İsrail, Livan tərəfindən gözlənilən təhlükəsizlik zonası yaratmaq məqsədindədir. Belə olan şəraitdə Hizbullah qüvvələri həmin ərazidən, yəhudi dövlətinin təhlükəsizliyini təhdid edə bilmir. Uzaqmənzilli raketlərin isə Hizbullahda olmadığı aşkarlanıb. Belə olduğu halda yaxın mənzilli raketlər ilə vurmaq imkanı çətin olur. Ona görə də İsrail Livana sərhədlərdən uzaqlaşmağa və bu şərtə əməl etməyəcəyi təqdirdə həmin sanitar zolağı, Livan tərəfindən özünə qalxan ərazini antiterror əməliyyatı keçirməklə təmin etmək niyyətindədir. Hizbullah İran hakimiyyətinin yaratdığı bir qurumdur və əsas hədəfi İran hakimiyyəti kimi İsrailin dünya siyasi xəritəsindən məhv edilməsi xəttini həyata keçirməkdir. Bu ənənəvi olaraq İsraillə Livan arasında münasibətlərin gərgin qalmasına səbəb olur". 

Siyasi şərhçi baş verən gərginliklər tərəflərdən ən çox İran hakimiyyətinin xeyrinə olduğunu söyləyib:

“Oktyabrın 7-də Həmas İsrailə hücum edəndən sonra Husi, Hizbullah və bunun kimi digər silahlı qruplaşmalar İsrailə qarşı müharibəyə qoşulduqlarını bildiriblər. Məsələn, Şeyx Nəsrullahın müharibədən 3 gün sonra çıxış edəndə bildirib ki, çoxları bizim İsrailə müharibə elan edəcəyimizi gözləyir, ancaq biz müharibəyə ilk gündən qoşulmuşuq. Ona görə də eskalasiya mövcuddur. Lakin Livan israil hökuməti arasında 20 kilometr sərhəd təhlükəsizlik zolağının yaradılması ilə bağlı razılaşma əldə edilməsə o zaman Israilin bölgədə aksiya keçirməsi istisna edilmir. Bu isə vəziyyəti daha da gərginləşdirir. Bu gərginləşmə isə ilk növbədə Tehran hakimiyyətinin xeyrinə olacaq, çünki regionda münaqişələr nə qədər çox uzanırsa, həll edilmirsə, Tehran hakimiyyəti bir o qədər regionda özündə güc toplayır və daxili problemlərə diqqəti yayındırır. 

Hadisələr onu deməyə əsas verir ki, Livan, İran və Husilər bütövlükdə bu tip hərəkətləri ilə HƏMAS-ın Qəzza zolağından birdəfəlik çıxmasının qarşısının alınmasına, və yaxud Fələstində silahlı hərbi qruplaşmalara yönələn əməliyyatlara qarşı hesablanıb. Başqa sözlə həm Livandakı Hizbullah, həm İran İnqilab Keşikçiləri qvardiyası, həm də Husilər və s. İslam Müqavimət hərəkatı adı altında HƏMAS-ın regionda qalmasına və İsraili danışıqlara məcbur etməyə çalışırlar. Hərçənd sonda isə bu HƏMAS-ın, Hizbullahın, Husinin deyil, İranın uğru sayılacaq. Ona görə də İran proksi qüvvələr vasitəsi ilə regionda, İsrail ilə vəziyyəti gərginləşdirir. Bu isə Yaxın Şərqdə vəziyyətin gərgin olaraq qalmasına təsir göstərir”.

Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı