“Paşinyanın KTMT ilə bağlı cəhdləri blefdir” – Oleq Kuznetsovla ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 16:35 27.02.2024

Ednews Rusiyalı politoloqu, tarixçi və hüquqşünas Oleq Kuznetsov ilə müsahibəni təqdim edir.

-Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu bildirib. Ermənistan bu qurumu tərk edəcək, yoxsa bu, İrəvanın növbəti şantajıdır?


-  “Dondurmaq” anlayışının doğru olmadığını düşünürəm.  KTMT-də təşkilatın rəsmi dili olduğu üçün rus dilində ünsiyyət qururlar. Lakin məsələ odur ki, Paşinyanın səsləndirdiyi ifadə bu mənanı kəsb etmir. Hərçənd KTMT sənədində də belə bir maddə yoxdur. Zənnimcə, Paşinyan həmişə olduğu kimi manevr etməyə çalışır. Aydındır ki, KTMT bu gün öz nüfuzuna və hərbi gücünə görə Ermənistanı xarici hərbi təsirlərdən qorumağa qadir olan yeganə müdafiə blokdur. Bu gün isə Ermənistan üçün əsas təhlükələr, düzünü desək, Azərbaycan və Türkiyədir. Ermənistan KTMT-dən çıxan kimi bütün tarixi iddialar dərhal onun qarşısına qoyulacaq. İrəvan bunu çox gözəl anlayır və ona görə də onlar iki ənənəvi geosiyasi rəqibə qarşı mütləq tək qalmayacaqlar. Məncə, Paşinyanın bütün hazırkı xarici siyasət kursu indi daxili siyasi məsələlərlə müəyyən edilir. Hazırda Robert Köçəryan Ermənistan Milli Assambleyasına deputat kimi daxil olub. İndi o, bütün anti-Paşinyan qüvvələrin, spektrinin birləşmə mərkəzinə çevrilib və hazırda Ermənistanda onların sayı çoxdur. Paşinyan hakimiyyətdə qalmaq üçün Rusiya qarşıdurmaya, Fransa və onun NATO müttəfiqləri ilə isə ittifaqa üstünlük verəcək. Lakin Qərbin köməyi yenidən silahlandırmaq və ya sıfırdan yeni ordu yaratmaq üçün kifayət etmir. Azərbaycan öz təcrübəsi ilə sıfırdan ordu yaratmağı bilir. Hansı ki, bu iqtisadi potensialı olan Azərbaycana 25 ilə başa gəldi. Deməli, Ermənistanın iqtisadi imkanları ilə Azərbaycan ordusuna bərabər ordu yaratması üçün ən azı 50 il vaxt lazımdır. Yeni gənc nəsil yetişməlidir, uyğun ruhda böyüməlidir ki, yeni əsgərlər olsun. Ermənistanın buna vaxtı yoxdur. Buna görə də mən iddia edirəm ki, Paşinyanın KTMT ilə bağlı indiki cəhdlərinin hamısı siyasi blefdir.


-Fransa Ermənistanı aktiv şəkildə silahlandırır, regionda yeni münaqişə yaradır. Yaxın gələcəkdə belə hadisələrin baş verməsi ehtimalı yüksəkdirmi?


-Fransanın Ermənistanı silahlandırması dünya silah bazarında alıcı tapmayan keyfiyyətsiz silahların nümayişidir. Ermənistana verilən 50 kəşfiyyat və patrul maşını hələ ki, irimiqyaslı silah tədarükü kimi sayılmamalıdır. Bu texnika müxalifətə qarşı, sırf polislərin istifadəsi üçündür. Hələ ki, danışıqlardan savayı, əhəmiyyətli bir irəliləyiş yoxdur. Tanklar, döyüş təyyarələri və raket artilleriyaları haradadır? Bunların heç biri yoxdur. Ona görə də Ermənistanın KTMT-dəki müttəfiqləri hələ ki, Fransanın rəsmi İrəvanı öz hərbi təsir zonasına çəkmək cəhdləri ilə bağlı o qədər də gərgin deyil. Bundan əlavə, Ukrayna müharibəsi açıq şəkildə göstərdi ki, Fransa silahları keyfiyyətli deyil və Azərbaycanın hazırda döyüş meydanında aldığı Rusiya, Türkiyə və Serb silahlarının növlərinə çətin ki, uğurla tab gətirə bilsin.


Fransa Ermənistanı silahlandırmaqla öz daxili siyasi məqsədlərini güdür. Makron göstərməlidir ki, Rusiyanın səyləri sayəsində Mərkəzi Afrikanın bir neçə ölkəsində Fransanın nüfuzu sona çatmasına rəğmən Cənubi Qafqaz regionunda kifayət qədər gücü var. Eyni zamanda, rəsmi Paris başa düşmür ki, KTMT və Kreml Ermənistanın taleyinin indi müstəsna olaraq onun əlində olduğunu açıqlayan kimi, indi onun tərkib hissəsi olan Qafan, Zərgəzur, Şərur və digər dədə-baba Azərbaycan əraziləri ilə bağlı məsələlər həllini tapacaq. Rusiya Ermənistanı xəyanətinə görə cəzalandırmaq üçün səy göstərməyə belə ehtiyac qalmayacaq, bunun üçün ediləcək, lakin onun susqun razılığı və razılığı ilə və Fransanın heç bir hərbi yardımı buna müqavimət göstərə bilməyəcək.


 - Bakı ilə İrəvan arasında dialoqun hazırkı səviyyəsini, sülh müqaviləsinin imzalanması imkanlarını necə qiymətləndirirsiniz? 


 - Mən bu gün Bakı ilə İrəvanın münasibətlərini dialoq adlandırmazdım. Mən hətta bunu belə təsvir edərdim: Paşinyan Əliyevə qarşı hiyləgərlik etməyə, yayınmağa çalışır, lakin hazırda proseslərə diktə edən şəxs realda İlham Əliyevdir. Təxminən 4 il əvvəl yazdığım Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək üçün Bakı Ermənistanda konstitusiya islahatının aparılmasını tələb edib və İrəvan öz ölkəsinin əsas qanununun yeni layihəsini hazırlamaq üçün martın 1-də konstitusiya iclasını çağırır. Bir sözlə, proses rəsmi Bakının diktəsi ilə irəliləyir.

 - Sizcə, Ermənistanın bu cür davranışından sonra onu Gürcüstan və Ukraynanın taleyi gözləyir? Bu hadisə təxminən nə vaxt baş verə bilər?

-Təbii ki, Ermənistana Gürcüstan və Ukraynanın taleyi təsir edir. Lakin bu, öz siyasi kursu olmayan bütün ölkələrin taleyidir. Amma taleyi mütləq Rusiya deyil, Ermənistana qarşı tarixi və siyasi iddiaları olan ölkələr müəyyən edəcək. Dünyada Ermənistanı ənənəvi “alçaqlığ”ına görə cəzalandırmaq istəyənlər çoxdur, onlar bütün günahlarının cəzasını alacaqlar. Rusiyanın isə onlara sadəcə uğurlar diləməsi kifayət edəcək.

-Avropa Trampın seçkidə qalib gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıracağından və köhnə dünyanı Moskva ilə təkbaşına tərk edəcəyindən narahatdır. Siz də belə düşünürsünüz?

-Ümumi olaraq çox bu sahədə kütləvi bir məlumat sahibi olmasam da, rusdilli və ingilisdilli mətbuatın Trampı təqdim etmə tərzinə görə, o, Avropa və Ukraynanı köməksiz qoymayacaq. Əksinə, onları ABŞ yardımlarının qarşılığını tam ödəməyə məcbur edəcək və onları daha da borc böhranına sürükləyəcək. Avropa və Ukrayna üçün isə bundan daha pis nə olacağını bilmirəm.

Söhbətləşdi: Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı