BRİKS-in artan NÜFUZU: Azərbaycanın buraya qoşulması ona hansı imkanlar yarada bilər? - Ekspertlər arasında SORĞU

Müsahibələr 17:15 12.01.2024

Muasir dövrdə artıq bir neçə qarışıq tipli təşkilatlar formalaşır ki, onlardan biri də BRİCS-dir. 2024-cü ildən özünü genişləndirərək rəsmi status almağı hədəfləyən təşkilata gələcəkdə Azərbaycanın da qoşulmasını görə bilərikmi. Belə olduğu təqdirdə təşkilat bizə hansı imkanlar yarada bilər?

Ednews beynəlxalq ekspertlər arasında sorğu keçirib:

Siyasi Şərhçi İlyas Hüseynov:

BRİCS artıq güclü bir təşkilata çevrilməkdədir. Əvvəlcə geosiyasi bir layihə kimi qiymətləndirilsə də, Ukrayan müharibəsi ilə birlikdə ətrafına bir sıra tərəfdaşlar topluya bildi. Eyni zamanda burada sosial – iqtisadi motivlər əsas götürülməklə yanaşı, geosiyasi maraqlar da bu dövlətləri ortaq bir yerdə birləşdirir. Qonşularımızdan İranın və Türkiyənin də buraya maraqları mövcuddur. Təzəlikcə üzvlüyə qoşulan ölkələrdən Səudiyyə Ərəbistan məsələn artıq praktiki addımlar atmaqdadır. Mən 5 – 6 il əvvəl Rusiyada olduqda təşkilatla bağlı fərqli fikirlər gəzirdirsə, indi isə artıq bu fikirlərin reallığa çevrilməsi görünməkdədir. Azərbaycan da ələxsus bu təşkilatın fəaliyyətini yaxından izləyir. Lakin bu cür müxtəlif geosiyasi ittifaqlara tələsik qoşulmaq problemlər çıxara bilər. Milli maraqlarımız bu ittifaqın fəaliyyətini uğurla analiz etmək lazımdır. Hazirki dönəmdə əsasən Qərbin iqtisadi sistemi ilə mübarizədə görünür. Ona görə də bu mübarizədə daha iqtisadi, siyasi gücünə görə ön plana çıxan ölkələrin ittifaqa qoşulması görünür. Hazırda heç bir hərbi komponentinə görə ön plana çıxmayan İttifaqın yaxın gələcəkdə öz təyinatının hansı şəkildə irəliləyəcəyini görəcəyik. Düşünürəm buraya əsasən Qərbin imperial maraqlarından əziyyət çəkən ölkələr buraya daha çox maraq salacaqlar.

ABŞ – ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza:

“Mən Azərbaycanın BRİKS-ə qoşulmasını elə də yüksək qiymətləndirmirəm, çünki Azərbaycanın son illərdə əsas xarici siyasət prinsipi hər hansı geosiyasi bloklardan uzaq durmaq olub. Bunun əvəzində son 4 ildə olduğu kimi Qoşulmama Hərəkatının liderliyini yerinə yetirməkdədir. Ona görə düşünmürəm ki, ölkənin siyasi mövqeyinə təsir göstərəcək belə bir təşkilata maraq salsın”.

Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan:

“Azərbaycan gələcəkdə BRİCS üçün potensial daşıyan ölkədir. Azərbaycanın burada iştirakı “Orta dəhliz” və “Bir Kəmər, Bir yol” kimi İttifaqa önəm kəsb edən layihələrin gerçəkləşməsini asanlaşdıracaq. Zəngəzur dəhlizinin tamamlanması məsələsində BRİCS - ə maraq salan ölkələrin daha çox burada aktiv olması buna görədir. Qısacası Azərbaycan buraya qoşulmağı düşünə bilər”.

Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
Hamısı