Aprelin ortalarından sonunadək güclü Lirid meteorid yağışı müşahidə ediləcək

Maraqlı 09:38 02.04.2025

Aprelin ortalarından sonuna qədər güclü Lirid meteor yağışı müşahidə ediləcək. Lirid meteor axınının maksimumu aprelin 22-də, Bakı vaxtı ilə saat 22:04-də olacaq. Bu zaman saatda 18-20 meteorun müşahidə ediləcəyi gözlənilir.

“EDnews” xəbər verir ki ,  Lirid meteor seli bəzən gözlənilməz aktivlik artımı ilə müşahidəçiləri heyrətləndirir. Belə hallarda saatda 100 meteor müşahidə edilə bilər – bu cür aktivlik 1803, 1922, 1945, 1982 və 1985-ci illərdə qeydə alınıb. Belə aktivlik artımlarını dəqiq proqnozlaşdırmaq çətindir, lakin məhz bu qeyri-müəyyənlik Liridləri çox maraqlı müşahidə obyektinə çevirir. Meteor selini aktiv olduğu digər günlərdə də müşahidə etmək olar, lakin həmin günlərdə meteor sayı maksimumdan aşağı olacaq. Lirid meteoru ağ işıq saçır və saniyədə 49 kilometr sürətlə hərəkət edir.

Bakıda meteor seli qeyd edilən günlərdə hər axşam saat 20:18-dən sonra müşahidə edilə bilər. Meteor yağışının radiantı (mənbəyi) ən yüksək nöqtəsinə sübh açıldıqdan sonra – təxminən 05:00-da çatacaq. Buna görə də ən yaxşı müşahidə şəraiti sübhə yaxın saatlarda yaranacaq. Yerin fırlanması səbəbindən həmin vaxt Bakı gələn meteorların hərəkəti istiqamətində olacaq, bu da maksimum sayda meteor müşahidə etməyə imkan verəcək. Bakıda radiant nöqtəsi maksimum 83° yüksəklikdə olacaq. Bu zaman saatda təxminən 17 meteor müşahidə edilə bilər.

Lirid meteor seli C/1861 G1 (Tetçer) adlı uzunperiodlu komet ilə əlaqəlidir. Bu komet 1861-ci ildə aprelin 5-də həvəskar-astronom A.E.Tetçer tərəfindən kəşf edilib. Komet hər 415 ildən bir Günəş ətrafında dövr edir və hərəkəti zamanı toz və qaz hissəcikləri buraxır. Yer hər il aprel ayında bu qalıq axınından keçdiyi üçün Lirid meteor yağışı müşahidə edilir. Bu hissəciklər Yer atmosferində yanaraq, göydə qaçan işıqlı parıltılar əmələ gətirir.

Liridlər ən qədim meteor yağışlarından biridir. Bu yağış təxminən 2700 ildir ki, müşahidə edilir. Onun ilk müşahidəsini eramızdan əvvəl 687-ci ildə çinli astronomlar aparıblar.

Gecə saatlarında qaranlıq, işıq çirklənməsindən uzaq yerlərdə müşahidə aparmaq bu möhtəşəm kosmik hadisəni izləmək üçün ən yaxşı üsuldur.

Fatimə Mərdanlı // EDnews             

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı