Valentina Tereşkovanın gizli hekayəsi: Kosmosa gedən yol və sükutunun sirri

Maraqlı 08:55 26.03.2025

Valentina Tereşkova gəncliyində müxtəlif işlərlə məşğul olub: zavodda işləyib, Domra alətində ifa edib, hətta paraşütlə tullanıb. Məhz bu sonuncu məşğuliyyəti onun həyatını dəyişdi. SSRİ rəhbərliyi kosmosa ilk qadını göndərmək qərarına gələndə, müəyyən kriteriyalar irəli sürdü: 30 yaşa qədər, boyu 170 sm-dən çox olmayan, çəkisi 70 kq-a qədər olan və paraşütlə tullanma təcrübəsi olan qadınlar seçilməli idi.

Valentina beş namizəd arasına düşdü. Seçim prosesində yalnız fiziki hazırlıq deyil, həm də siyasi baxışları, mənşəyi və ictimai fəaliyyəti nəzərə alındı. Sonda ən uyğun namizəd məhz Tereşkova oldu.

Həyatını təhlükəyə atan uçuş

16 iyun 1963-cü ildə “Vostok-6” kosmik gəmisi orbitə çıxdı. Anasına isə sadəcə yarışlara gedəcəyini demişdi. Gerçəkdən xəbər tutan ailəsi bunu yalnız radiodan eşitdi.

Tereşkova üç gün ərzində (71 saat) Yer ətrafında 48 dövrə vurdu. O, atmosferi çəkdi və bu şəkillər sonradan elm adamlarına aerosol qatlarını öyrənməyə kömək etdi. 19 iyunda Altay bölgəsinə eniş etdi.

Lakin bu uçuşda qorxunc bir problem yaşandı. Kosmik gəminin proqramlaşdırılmasında ciddi bir səhv buraxılmışdı – gəmi avtomatik olaraq Yerə qayıtmaq üçün tənzimlənməmişdi! Valentina isə əl ilə idarəetmə sisteminə hazırlanmamışdı. O, Yer ilə əlaqə saxlayaraq səhvi düzəltmək üçün təlimatlar aldı və onları tətbiq edərək öz həyatını xilas etdi. Əks halda, yanacaq tükənənə qədər orbitdə qalacaqdı.

Yerə döndükdən sonra onu dərhal baş konstruktor Sergey Korolyov çağırdı. O, ciddi bir ifadə ilə dedi:

— Bu barədə heç kimə danışmaq olmaz. Xalq yalnız sənin qəhrəmanlığını bilməlidir, problemləri yox.

Və Tereşkova susdu.

Nümunəvi ailə – dövlətin göstərişi ilə qurulan evlilik

Uçuşdan sonra Tereşkova Sovet İttifaqının qəhrəmanı elan edildi. Ailəsinə üçotaqlı mənzil hədiyyə olundu. SSRİ qadının gücünü göstərmək üçün yeni bir simvol yaratmışdı.

Lakin az sonra o, kosmonavt Andriyan Nikolayevlə evləndirildi. Bu, sıradan bir nikah deyil, dövlətin təşkil etdiyi bir “şou” idi. Toyda hətta Leonid Brejnev də iştirak etmişdi.

1964-cü ildə qızları Alyona dünyaya gəldi. Həkimlər, kosmosa gedən heyvanların övladlarının xəstə doğulduğunu əsas gətirərək, körpənin sağlamlığından narahat idilər. Lakin Alyona zəif doğulsa da, normal inkişaf etdi.

Ancaq evlilik tez bir zamanda problemlərlə doldu. Tərəflər boşanmaq istəsə də, Brejnev buna icazə vermədi. Çünki onların ailəsi Sovet xalqı üçün nümunəvi model idi. Beləliklə, Tereşkova uzun illər xoşbəxt ailə görüntüsü yaratmağa məcbur oldu. Boşanmaq yalnız 1982-ci ildə mümkün oldu.

50 il gizli saxlanılan həqiqət

Uzun illər ərzində Tereşkova uçuş zamanı yaşadığı təhlükələr haqqında danışmadı. Kosmik gəmidəki texniki səhvlər, ölüm təhlükəsi, onu susmağa məcbur edən təzyiqlər – bunların hamısı illərlə gizli qaldı.

O, sistemə sadiq qaldı. Bəlkə də qorxudan, bəlkə də dövlətə olan borc hissindən. Amma bir şey dəqiqdir: onun həqiqətləri sonsuza qədər kosmosun dərinliklərində itdi 

Fatimə Şükürova // EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı