Şimali Sentinel adalarına giriş niyə qadağan olunub?

Maraqlı 16:56 09.02.2025

Şimali Sentinel Adası dünyanın ən sirli və əlçatmaz yerlərindən biridir. 1956-cı ildən etibarən Hindistan hökuməti adaya girişə qadağa qoyub və bu qadağa həm adada yaşayan yerliləri, həm də kənar şəxsləri qorumaq məqsədi daşıyır.

Qadağanı pozan amerikalı misyoner necə öldürüldü?

"EDnyus" xəbər verir ki, 26 yaşlı amerikalı misyoner Con Allen Çau 16 noyabr 2018-ci ildə kano ilə adaya daxil olduqdan qısa müddət sonra yerlilər tərəfindən öldürülüb.

O, əvvəllər iki dəfə adaya yaxınlaşmağa cəhd edib, lakin yerlilər tərəfindən qovulub. İlk cəhdində adanın yaxınlığında ingiliscə danışaraq onlarla ünsiyyət qurmağa çalışıb, ancaq yerlilər onu uzaqlaşdırıb. İkinci dəfə isə bir Sentinel uşağı tərəfindən oxla vurulub.

Bütün bunlara baxmayaraq, üçüncü dəfə adaya girməyə qərar verib. Hindistan qanunlarına zidd olaraq 285 dollar qarşılığında balıqçılar onu adaya aparmağa razı olub. Lakin bu cəhd onun həyatına son qoyub.

Adanın qadağan olunmasının səbəbləri

Şimali Sentinel Adası və orada yaşayan qəbilə min illərdir tamamilə izolyasiya olunmuş vəziyyətdə yaşayır. Onlar xarici dünyaya qarşı aqressiv davranışları ilə tanınır və hər cür əlaqəni rədd edirlər.

Hindistan hökumətinin 1956-cı ildə qəbul etdiyi qanun yalnız yadplanetlilər kimi görünən bu qəbiləni deyil, həm də onları ziyarət etmək istəyənləri qorumaq məqsədi daşıyır.

Bu qadağanın üç əsas səbəbi var:

Xəstəliklərə qarşı həssaslıq - Sentinel xalqının min illərdir xarici dünya ilə heç bir təması olmadığı üçün immun sistemləri müasir xəstəliklərə qarşı tamamilə müdafiəsizdir. Adi bir qrip belə, onların məhvinə  səbəb ola bilər.

Mədəni və həyat tərzinin qorunması - Qəbilə öz ənənələrini, dilini və həyat tərzini qoruyaraq bəşəriyyətin ən qədim icmalarından biri kimi qalmaq istəyir. Xarici təsirlər onların mədəniyyətini və identikliyini yox edə bilər.

İstismar və müdaxilənin qarşısını almaq - Tarixdə izolyasiya olunmuş qəbilələrlə təmas faciəvi nəticələr doğurub. Məsələn, 1980-ci illərdə Perunun Amazon meşələrində Nahua qəbiləsinin yarısından çoxu xarici şəxslərdən yoluxan xəstəliklər səbəbilə ölüb.


 Sentinel xalqı haqqında nə bilirik?

Adanın ölçüsü - Təxminən 60 kv.km olan ada Benqal körfəzində, Andaman və Nikobar adalarının bir hissəsi kimi yerləşir. Meşələrlə örtülmüş, sahilləri isə ağ qum və mərcan rifləri ilə əhatəlidir.


Həyat tərzləri - Adada yol, gəmi və ya hava limanı yoxdur. Sentinel xalqı ovçuluq və yığıcılıqla dolanır. Dəmir alətlərdən istifadə etdikləri, lakin bunları xarici gəmilərdən əldə etdikləri düşünülür.

Dilləri və mədəniyyəti - Onların dili heç bir məlum dil ailəsinə aid edilmir. Mədəniyyətləri və adətləri isə tamamilə sirr olaraq qalır.

Agressiv davranışları - Onlar hər cür yad insanlara düşmən münasibət bəsləyir və adalarına yaxınlaşan hər kəsi ox və nizələrlə qovurlar.

Sentinel xalqı ilə ilk əlaqə
 Sentinel xalqını öyrənmək üçün Hint antropoloqu Triloknat Pandit 1967-ci ildə ilk dəfə adaya yaxınlaşıb. Onun məqsədi qəbilə ilə ünsiyyət qurmaq olub. O və komandası illərlə adanın sahillərinə kakos, banan və metal alətlər qoyaraq yerlilərlə dostluq yaratmağa çalışıb.

4 yanvar 1991-ci ildə gözlənilməz bir hadisə baş verib: ilk dəfə Sentinel yerliləri silahsız şəkildə sudan çıxaraq qonaqları qəbul edib və kakosları özləri götürüblər. Lakin bu an qısa sürüb.

Pandit onlardan bir az aralandıqda gənc bir Sentinel oğlan ona bıçağını göstərərək başını kəsəcəyini işarə edib. Pandit dərhal adanı tərk edib.

Bu qısa təmasdan sonra Sentinel xalqı yenidən təcrid olunmağı seçib və 1990-cı illərdən etibarən bütün yad insanlara qarşı düşmən münasibətini davam etdirib.

Hindistan hökumətinin mövqeyi

2010-cu ildə qanunlar daha da sərtləşdirilib və Sentinel xalqını qorumaq üçün adaya giriş qəti şəkildə qadağan edib.

Hökumət Sentinel xalqını müasir dünyaya inteqrasiya etdirmək fikrindən tamamilə imtina edib və onları olduğu kimi yaşamağa buraxıb.

"Onlar bizi istəmirsə, biz də onları narahat etməməliyik", deyə Hindistan Antropologiya Araşdırmaları İnstitutunun verdiyi rəsmi açıqlamalardan birində qeyd edilir.

Getmək olmaz, çünki onlar bizi istəmirlər!

 - Şimali Sentinel Adası müasir dünyanın əl dəyməmiş son insan icmalarından biridir.

- Oraya yaxınlaşmaq həm adadakılar, həm də kənar şəxslər üçün ölümcül nəticələr doğura bilər.

- Onlar öz həyatlarını qorumaq üçün hər cür xarici müdaxiləyə qarşı çıxırlar və görünən odur ki, Hindistan hökuməti də onların bu istəyinə hörmət edir.

Əgər siz də dünyanın ən sirli yerlərini araşdırmağı düşünürsünüzsə, Şimali Sentinel Adası bu siyahıda olmamalıdır!

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı