Xorvatiya - turizm və futbol ölkəsinin Azərbaycanla oxşar cəhətləri

Maraqlı 17:49 09.12.2024

Xorvatiyanın turizm imkanlarının təbliği çərçivəsində Bakıda “Həyat dolu Xorvatiya” adlı təqdimat keçirilib. Xorvatiya səfirliyi və Xorvatiyanın Milli Turizm Şurası tərəfindən, həmçinin “Azeri Observer” və “The M.O.S.T.” jurnallarının dəstəyi ilə təşkil edilən tədbirdə media nümayəndələri, səyahət blogerləri, mədəniyyət və turizmlə maraqlanan qonaqlar iştirak edib.

Açılışda Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç çıxış edib. Azərbaycan və Xorvatiya arasında əlaqələrin möhkəmləndiyini deyən səfir sözlərinə belə davam edib:

“Altı ildir Bakıdayam, sizin mədəniyyəti və tarixinizi yaxşı bilirəm. Oxşar cəhətlərimiz çoxdur, biz də sizin kimi 1991-ci ildə müstəqillik qazanmışıq, müharibə görmüşük.

İndi Xorvatiya turizm və futbolçuları ilə məşhurdur. Hər il Xorvatiyaya milyonlarla turist gəlir. Biz Azərbaycandan da ölkəmizə turist axınının artmasını istəyirik. Hazırda iki ölkə arasında birbaşa reyslərinin açılması müzakirə edilir”.

“Azeri Observer” və “The M.O.S.T.” jurnallarının təsisçisi və baş redaktoru Arslan Abbasov da çıxış edərək tədbirin məqsəd və məramı barədə məlumat verib.

Xorvatiyanın Milli Turizm Şurasının MDB ölkələri üzrə nümayəndəliyinin direktoru Rajko Ruzicka ölkəsinə il ərzində 20 milyondan çox turistin gəldiyini, onlardan 19 milyonunun əcnəbilər olduğunu bildirib. Həmçinin o, Xorvatiya haqqında ümumi məlumat verib, ölkəsinin gəzməli-görməli yerləri və turizm potensialından danışıb.

 
Xorvatiya turistlərə bir çox turizm növlərini təklif edir: Adriatik sahillərində gözoxşayan çimərliklərdə istirahət, Xorvatiyaya xas milli tərəvəzlərin, içkilərin və məşhur pendir növlərinin dadına baxmaqla qastronomik səyahətlər, velosiped turları, təbiət gəzintiləri, hiking və rafting kimi aktiv tətil növləri. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində keçirilən beynəlxalq mədəniyyət və musiqi festivalları da hər il yüz minlərlə ziyarətçini özünə cəlb edir.

Rajko Ruzicka qeyd edib ki, ölkədəki tarixi yerlərin böyük əksəriyyəti Avropada YUNESKO-nun mədəni irs obyektlərinin siyahısındadır. Onların arasında Splitdəki Diokletian sarayı, Puladakı Roma Amfiteatrı və Zadardakı Roma Forumu var.

Ümumiyyətlə, turizm ölkənin ən mühüm iqtisadi sektorudur və 2021-ci ilə olan məlumata əsasən, Xorvatiyanın ümumi daxili məhsulunun, demək olar ki, 20%-ni təşkil edir.

Xorvatiya 2019-cu ildə Ümumdünya Turizm Təşkilatına görə dünyanın 23-cü ən populyar turizm məkanı olub.

2022-ci ildə Xorvatiya Avropa Ətraf Mühit Agentliyi tərəfindən çimərlik suyunun keyfiyyətinə görə Avropada birinci yerdə qərarlaşıb.

Xorvatiyanın mindən çox müxtəlif ölçülü adası var ki, onlardan da yalnız 48-də insanlar daimi məskunlaşıb.

Səfir də ölkəsinin futbolçuları ilə məşhur olduğunu təsadüfən vurğulamayıb. Xorvatiya bizdə daha çox idman, xüsusən də futbol ölkəsi kimi tanınır. 3,9 milyon nəfər əhalisi olan məmləkətin idman uğurlarından danışmazdan əvvəl Xorvatiyanın Mərkəzi və Cənub-Şərqi Avropada, Adriatik dənizinin sahilində yerləşdiyini, 56,594 kvadrat kilometr ərazini əhatə ediyini bildirək. O, Sloveniya, Macarıstan, Serbiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir, həmçinin İtaliya ilə dəniz sərhədinə malikdir. Paytaxtı və ən böyük şəhəri Zaqreb, digər böyük şəhərləri Split, Riyeka və Osiyekdir.

Ölkə uzun müddət Yuqoslaviyanın tərkibində olub, 25 iyun 1991-ci ildə müstəqilliyini elan edib və sonrakı dörd il ərzində Müstəqillik müharibəsi yaşayıb. İndi isə Avropa İttifaqı, Şengen zonası və NATO-nun üzvüdür.

1991-ci ildə Xorvatiya müstəqillik qazandıqdan sonra beynəlxalq yarışlarda iştirak edən xorvatiyalı idmançılar yay və qış olimpiadalarında 20-si qızıl medal olmaqla 59 olimpiya medalı qazanıblar.

Xorvatiyada 400 mindən çox aktiv idmançı var ki, onlardan da 100 mindən çoxu futbolçudur. Bəli, futbol ölkədə ən populyar idman növüdür. Xorvatiya milli komandası bir dəfə dünya çempionatının gümüş, iki dəfə də bürünc mükafatçısı olub.

Xorvatiyalı Luka Modriç 39 yaşında da dünyanın ən yaxşı futbolçularından biridir. O, 2018-ci ildə nüfuzlu “Qızıl top” mükafatına layiq görülüb.

 
Xorvatiyalı məşqçilər Robert Prosineçki və Nikola Yurçeviç Azərbaycan millisini çalışdırıblar. Filip Ozobiç həm Xorvatiya, həm də Azərbaycan milli komandalarının şərəfini qoruyub. Millimizin üzvü Mahir Emreli isə bir müddət əvvəl Zaqreb “Dinamo”sunun formasını geyinib.

Xorvatiya digər komanda idman növləri – həndbol, vaterpol və basketbolda da öz sözünü deyib, olimpiya və dünya çempionatlarının qalibi və mükafatçısı olub. Həmçinin tennisdə komanda yarışı olan Davis kubokunu iki dəfə qazanıblar.

Məlumata görə, ötən il Azərbaycandan 3 min turist Xorvatiyaya səfər edib və ölkə nümayəndələri bu rəqəmlərin artacağına ümid edirlər. Sözsüz birbaşa reyslər turistlərə yeni imkanlar açacaq. Hələlik isə səyahətçilər İstanbul, Roma və ya Budapeşt üzərindən təyyarə transferləri yolu ilə Xorvatiyaya asanlıqla çata bilərlər.

2023-cü il yanvarın 1-dən Xorvatiya Şengen zonasının bir hissəsi olub. Bu amil Azərbaycandakı Şengen vizası sahibləri üçün də ölkəyə səfər etməyi asanlaşdırır. Vizası olmayan turistlər isə Bakıdakı Xorvatiya səfirliyinə və ya viza mərkəzinə müraciət edə bilərlər.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı