İqlim dəyişikliyinin yaratdığı reallıqlar: Dünyanı gözləyən təhlükə

Maraqlı 11:30 28.11.2024

Dünyanın əksər ölkələrində istifadə olunan müxtəlif sənayə üsulları, atmosferə atılan zərərli qazların törətdiyi fəsadlar zaman-zaman öz sözünü deməkdədir. Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişkliyi məhz son iki yüz il ərzində baş verən sənaye inqilabından sonra baş verib. Təbiətin şıltaqlığı insanların yüz illik “əməyinin” məhsuludur. Bəzi alimlər isə hesab edirlər ki, təbiət hadisələrinin daha da ciddliləşməsi ildən-ilə öz mənfi nəticələrini göstərəcək.

Atmosferdə baş verən dəyişikliklərin super kompüterlərlə müşahidə olunması göstərir ki, son illər yer səthində temperatur 1,1 dərəcə artıb. Alimlərin hesablamalarına görə, bu göstərici 1,5 dərəcəni ötərsə, daha ciddi fəsadlar yarana bilər. Bunun baş verəcəyi təqdirdə dünyada adaptasiya prosesi çətinləşəcək. Məsələn, bu, bəzi yerlərdə quraqlıqla, bəzi yerlərdə isə ciddi yağıntılarla müşahidə olunacaq. Hazırda bəşəriyyət sürətli iqlim dəyişkliyinin qarşısını almaqda çətinlik çəkir. Bu dəyişkliklər uzun illərdir davam etdiyindən yer kürəsində ciddi fəsadlar yaradıb. Mütəxəssislərin hesablamalarına görə bu gedişlə 2100-cü ildə yer səthinin temperaturunun 1,5 deyil, hətta 2,8 dərəcə həddini keçmək ehtimalı var. Bu gün dünya 1,5 dərəcədən ehtiyat etdiyi halda, 2,8 dərəcənin törədəcəyi təhlükələr daha ciddi ola bilər. Bu baş verərsə, torpaqların şoranlaşması, su ehtiyatlarının tükənməsi və digər təhlükəli məqamlar qaçılmaz olacaq. Qlobal istiləşmə iri buzlaqların əriməsində mühüm rol oynayacaq.
Qlobal istiləşməylə bağlı ciddi narahatlıq ötən əsrin 70-ci illərindən başlayıb. Alimlər yer kürəsinin başı üzərində fırlanan təhlükəni anlayıb narahatlıqlarını ifadə etməyə başlayanda artıq gec idi. 1850-ci ildən sonra dünyada sənaye inqlabı başlayıb və məhz həmin dövrdən sənayə müəssisələrinin sayı günbəgün çoxalıb. Deməli, dünyada sənayenin inkişafı həm də təbiətə ciddi ziyan vurub. Bu ziyanı insanlar zaman-zaman hiss etməyə başlayanda isə artıq gec idi. İstixana qazlarının və karbon dioksidin atmosferə atılması nəticəsində baş verənlər ekoloji tarazlığı pozub və qlobal mühitdə dəyişiklik müşahidə olunmağa başlayıb. Hesablamalara görə sənaye inqlabından bu günə qədər atmosferə təxminən 2,5 milyard ton karbon dioksid və istixana qazlararı atılıb.

Maraqlı budur ki, təxminən 1,3 milyard əhalisi olan Afrika qitəsinin istixana qazlarına təsiri cəmi 4% civarındadır. Bu da Afrika xalqlarının narazılığına səbəb olur. Onlar haqlı olaraq dünya sənaye nəhənglərindən narazılıqlarını ifadə edirlər. Paris sazişində qeyd olunur ki, dünya qlobal iqlim dəyişkliyinə ortaqdır və burada hər hansı dövlət öz yaxasını kənara çəkə bilməz. Orada daha sonra qeyd olunur ki, dünya yeni inkişaf modeli ortaya qoymalıdır. Amma burada bəzi incəliklər var. Məsələ burasındadır ki, sənaye inqlabından faydalanan dövlətlər daha çox inkşaf edib və həddindən artıq varlanıb. Afrikada qəbilə halında yaşayanlar isə hələ də ibtidai insanların yaşadığı həyat tərzi keçirirlər. Afrikalıların iradları haqlıdır və sənaye inqlabından milyardlar qazanan ölkələr iqlim dəyişkliyinə daha çox məsuliyyət daşıyırlar. Deməli, qlobal istiləşmənin qarşısını almaq üçün inkişaf etmiş ölkələrin üzərinə daha çox yük düşməlidir. Maraqlıdır ki, dünyada iqlim dəyişikliyinə məruz qalan 20 ölkədən 17-si Afrika qitəsindədir. Hesablamalara görə dağlıq, sahil və qütbə yaxın zonalarda dəyişklik daha çox hiss olunur. Amma buna baxmayaraq iqlim dəyişikliyinin məsuliyyəti bütün dünyanın üzərindədir. Hesablamalara görə, 2023-cü ildə atmosferə atılan karbon dioksid 53 milyard, bu il isə təxminən 54 milyard kubu ötəcək. Bu göstəricilərə faiz nisbəti ilə baxsaq təxminən 70% dən çoxu neftin, qazın və daş kömrün yanması nəticəsində yaranır. 18-20% kənd təsərrüfatı sektorunun, qalan hissəsi isə sənayenin payına düşür.
Bütün bu məsələlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29-da da müzakirə edilib. Ümumiyyətlə COP29-un Bakıda keçirilməsi tarixi hadisə idi. Səksəndən artıq dövlət və hökumət rəhbərlərinin, vitse-prezidentlərərin iştirak etdiyi beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 76 min iştirakçı qatılmışdı.

Dünyanı maraqlandıran iqlim dəyişiklikləri, qlobal istiləşmə, su ehtiyatlarına əl çatanlığın təmin olunması, ərzaq təhlükəsizliyi kimi məsələlər geniş müzakirə edildi. Ada dövlətlərinin üzləşdiyi böhran daha ciddi xarakter aldığından bu məsələyə xüsusi yanaşılıb. İnkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan ölkələr razılaşıb və konsensuns eldə edilib. Təbii ki, ətraf mühitə vurulan ziyanın aradan qaldırılması üçün iqlim maliyələşməsi tələb olunur.Beləliklə, COP29-da illik 300 milyard dollar həcmində maliyyə vəsaitinin ayrılmasına dair öhdəliklər öz əksini tapdı. 2035-ci ildə 1,3 trilyon maliyələşmə həddi kifayət qədər böyük uğur sayılmalıdır.  Eyi zamanda Paris iqlim sazişinin 6-cı maddəsinin razılaşdırılması da böyük nəticədir. Karbon emissiyalarının həcminin azaldılması nəzərdən keçirilir. Bununla yanaşı, itki və zərər fondunun formalaşması, Bakı adaptasiya yol xəritəsinin yaradılması iqlim dəyişmələri üzrə mübarizədə dönüş nöqtəsi hesab oluna bilər.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı