İspanlar gündəlik həyatdan necə zövq alır? - ARAŞDIRMA

Maraqlı 12:00 28.06.2024

Dünyanın bir çox ölkələrində insanlar fərqli həyat tərzlərinə malikdirlər. Bəzi ölkələrdəki insanlar çox işləməyə, bəziləri idmana və sağlamlıqlarına, bəziləri isə əyləncəyə, zövq aldığı şeyləri etməyə və. s önəm verirlər. Ən maraqlı, fərqli yaşam tərzinə sahib olan ölkələrdən birisi də İspaniyadır. 

Ednews-un xəbərinə görə, İspanyanın ümumi əhalisi təxminən qırx yeddi milyondur. Əhalinin böyük bir hissəsi şəhər sakinlərindən ibarətdir. İspanlar üçün işləmək qədər, istirahət etmək, əylənmək də bir o qədər vacibdir. Burada insanlar yeməkdən, gəzməkdən, ünsiyyət qurmaqdan, gecə həyatından, hətta yuxudan da zövq almağa çalışırlar. Xüsusilə də yuxu ispanlar üçün çox vacibdir, belə ki, daha çox ispanlara məxsus olan və "siesta" adlanan günorta yuxusu anlayışı hal-hazırda daha çox yayılmamış və vacib olmasa da, yenə də bir çox ispanlar gündüzlər ortalama 1 saat yatmağa üstünlük verirlər. 
Bununla yanaşı pivə, qırmızı və ağ şərab, tekila kimi spirtli içkilər də ispanların günlük yaşamlarının əsas parçalarından birisidir. Xüsusilə də, ispanların axşam yeməklərini 1-2 qədəh şərab müşayiət edir. İspaniyanın cənubunda Əndəlüs muxtar icmasının tərkibinə daxil olan, Kadis əyalətində yerləşən kiçik Sanlucar-de-Barrameda şəhəri 2022-ci ildə İspaniyanın qastronomiya paytaxtı elan edilib. Bu isə dəniz məhsulların üstünlük təşkil etdiyi İspaniya mətbəxinin zənginliyindən xəbər verir.
         
İspanyada əyləncə anlayışını daha çox gecə həyatı və futbol əhatə edir. Nəinki kişilər, hətta qadınların belə böyük əksəriyyəti futbolu sevir və futbol oyunlarını canlı izləməyə böyük bir coşqunluq ilə gedirlər. Bu ölkədə mağazalar 10:00-20:00 saatları daxilində açıq olur və 14:00-dan 17:00-a qədər fasilə saatıdır, lakin mağazaların 10:00-da açılmasına baxmayaraq barlar və çörək mağazaları 08:00-dan etibarən açıqdır. Bunu da qeyd etmək lazımdır ki, digər bir sıra Avropa ölkələri kimi İspaniyada da bazar günləri mağazalar fəaliyyət göstərmir.
Ümumən, ispan xalqı bu gündən zövq almağa çalışır və sabahı düşünmürlər, onlar həyatı yemək və yuxusuz təsəvvür edə bilmirlər, öz emosiyalarını heç vaxt gizlətmirlər, bir cümlə ilə izah etməyə çalışsaq, özlərinin də milli şüarlarında dedikləri kimi “Həyat əziyyət çəkmək üçün yox, zövq almaq üçündür”. 12 oktyabr bu həyat dolu ispan xalqının milli bayramıdır və bu gün “ispan millətinin günü” adlanır.
Həyatı istər ispanlar kimi zövq alaraq, istər almanlar kimi elmə və inkişafa üstünlük verərək, istərsə də ingilislər kimi öz mədəniyyətlərinə bağlı şəkildə yaşayaq, lakin sonunda peşman olmayacağımızdan əmin bir şəkildə yaşamaq ən doğrusudur.
İspan xalqının həyat tərzi ilə bağlı mövcud araşdırmalara, məlumatlara nəzər yetirdikdə belə nəticəyə gəlmək mümkündür ki, ispanlar həyatlarını öz zövqlərinə və istəklərinə uyğun yaşayır, stress, mənfi düşüncələrdən uzaq qalmağa çalışırlar.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı