Şəkidə baş verə biləcək sel təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür

İnfrastruktur 12:03 10.04.2025

Şəki şəhəri, eləcə də rayonun bir sıra kəndləri Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşdiyindən burada sel və daşqınların olması ehtimalı yüksəkdir. Tarixi faktlar da sübut edir ki, bir-neçə ildən bir Şəki şəhərində və bəzi kəndlərdə böyük daşqınlar olub, infrastruktura, vətəndaşların şəxsi təsərrüfatlarına ciddi ziyan dəyib.

“EDnews” xəbər verir ki , Şəkidə baş verə biləcək sel təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, yaz-tarla işlərinin başlanması ilə əlaqədar suvarma kanalları da lildən və qumdan təmizlənir. Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Nüsrət İsrafilovun müşahidələrinə əsasən yaz-yay aylarında yağışların yağması ilə çaylarda sululuq çoxalacaq, nəticədə bəzi zonalarda daşqınların olma ehtimalı artacaq. Hazırda qarşıda duran əsas vəzifə baş verə biləcək təhlükənin qarşısının alınmasıdır.

Baş mühəndis bildirib ki, həm şəhər ərazisində yaşayan əhalinin dayanıqlı içməli su ilə təmin olunmasında, həm də rayon tabeliyində olan meliorasiya və irriqasiya xidmətlərinin göstərilməsində xeyli işlər görüb. İdarənin əsas gördüyü işlər sırasında çaylarda mühafizə tədbirlərinin həyata keçirilməsidir. Belə ki, rayon ərazisində yerləşən Kiş çayı, Daşağıl, Şin, Quruçay və digər çaylarda seldən mühafizə tədbirləri görülür. Hazırda texnikalar Daşağıl çayda işləyir və seldən mühafizə tədbirləri görülür. Eyni vaxtda digər texnikalarımız Kiş çayda, Şin çayda işləyir. “Onu da qeyd edim ki, Quruçayda uzun illər təmizləmə və tənzimləmə işləri aparılmamışdı, Quruçayda artıq işlər yekunlaşıb, tam istifadəyə verilib”, - deyə o bildirib. Əlavə edib ki, ötən il çayın daşması nəticəsində sakinlərin yüz hektarlarla əkinləri yararsız vəziyyətə düşmüşdü. Bu günlər isə həmin çayın yatağında üç müxtəlif ağır texnika fasiləsiz işləyir və yatağı dərinləşdirilir, böyük ölçüdə sədlər yaradılır.

İdarənin əməkdaşları çay yataqlarında sel təhlükəsini aradan qaldırmaqla yanaşı, suvarma kanallarının da təmizlənməsi istiqamətində işləri paralel olaraq davam etdirirlər. Qeyd edək ki, rayon ərazisində 39 min hektara yaxın suvarılan torpaq sahəsi var. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 859 kilometr uzunluğunda suvarma kanalları mövcuddur.

Nüsrət İsrafilov bu istiqamətdə də işlərin aparıldığını qeyd edir: “Hazırda olduğumuz ərazidən Dəhnə suvarma kanalı keçir ki, uzunluğu 28 kilometrdir. Kanalın 4 kilometrində təmir işlərinə ehtiyac var idi. Artıq təmir işlərinə başlamışıq. Gələn həftə sonuna kimi işləri başa çatdıracağıq və bu suvarma kanalı ilə 7 kəndə suvarma suyunun verilməsi təmin olunacaq. O cümlədən Cəyirli kanalında, Layisqı kanalında və digər kanallarda xeyli işlər görülüb. Demək olar, bu üç ay ərzində kanallar 30 kilometrədək lil qatından təmizlənib”. Baş mühəndis çaylarda sel sularının təhlükə yaratmaması üçün çay yataqlarının mütəmadi olaraq təmizləndiyini, təhlükəli yerlərdə qabion bəndlərin qurulduğunu, ən təhlükəli yerlərdə isə beton-mühafizə bəndlərin tikildiyini bildirib.

Fatimə Mərdanlı // EDnews         

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı