Füzulidə əkin sahələri daimi suvarma suyu ilə təmin olunur

İnfrastruktur 13:07 07.04.2025

Füzuli rayonunda son illər görülən meliorativ tədbirlər nəticəsində əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin edilməsi məhsul bolluğuna səbəb olub.

“EDnews” xəbər verir ki , işlər Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilib.

Qeyd olunub ki, cari ildə rayon ərazisində faktiki olaraq 9110 hektar payızlıq taxıl bitkisi əkilib, 9110 hektar əkin sahəsi 1-ci suvarma suyu ilə, 2-ci suvarma suyundan isə 4600 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib və 4510 hektarında isə hazırda suvarma işləri davam etdirilir. Su itkisinin qarşısını almaq üçün suvarma kanallarında 39 min kubmetrə yaxın, torpaqların münbitliyinin artırılması üçün isə kollektor şəbəkəsində 17,4 min kubmetrlikdən təmizləmə işləri görülüb. Həmçinin Quruçay selliyinin Böyük Bəhmənli kəndi ərazisində 4 kilometrlik hissəsində çay məcrasının tənzimlənməsi işlərinə başlanılıb. İlin əvvəlindən 6 ədəd hidrotexniki qurğu və qapalı boru kəmərində cari təmir işləri aparılıb, həmçinin 19 ədəd nasos stansiyada və 15 ədəd subartezian quyusunda təmir işləri aparılaraq hər biri saz vəziyyətə gətirilib. Həmçinin idarənin balansında olan subartezian quyularından 6 ədədinin əsaslı təmir olunması planlaşdırılır.

Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında nasos stansiyalardan və subartezian quyularından 16 ədəd nasos stansiya və 50 ədəd subartezian quyusu əhalinin içməli suya olan tələbatını ödəyir. İdarə tərəfindən 18 kəndin, 12 məcburi köçkün qəsəbəsinin və Füzuli şəhərinin içməli su təminatı həyata keçirilir. İdarə tərəfindən 24 saat içməli su ilə təchiz olunan Füzuli şəhəri ilə yanaşı, Horadiz şəhəri, Əhmədalılar, Molla-Məhərrəmli, Böyük Bəhmənli kəndləri və məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşıb yaşadığı 2 Fin qəsəbəsi də içməli su ilə təmin olunur.

Qeyd edək ki, rayon ərazisində 12 ədəd su təmizləyici qurğu fəaliyyət göstərir. Magistral içməli su şəbəkəsinin uzunluğu 345 kilometr, məhəllədaxili şəbəkənin uzunluğu 346 kilometr olmaqla ümumilikdə 691 kilometr təşkil edir. İdarənin balansında fəaliyyət göstərən 29 ədəd su anbarı mövcuddur və vətəndaşların içməli su tələbatının ödənilməsi üçün hər bir su anbarı istismar tədbirlər planına uyğun olaraq təmizlənir və mühafizə olunur.

Fatimə Mərdanlı // EDnews         

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı