Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi

Hadisə 08:17 02.07.2025

Baş Prokurorluğun İstintaq İdarəsi Yekaterinburqda gizlədilməyə çalışan cinayəti araşdırmağa qərar verdi; Səfərovların daha bir qardaşının həbs müddəti qondarma ittihamlarla uzadıldı

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib.

Basqın zamanı 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları vəhşicəsinə döyülərək öldürülüb. Ailənin digər nümayəndələri Məzahir, Akif, Bakir və Ayaz Səfərovlar və daha iki şəxs - Şahid Lalayev və Əhliman Gənciyev isə saxlanılıb. Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Onlar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Rəsmi təsdiqlənməyən məlumatlara görə, əməliyyatın motivi kimi 2001-ci ildə baş vermiş bir qətl hadisəsi göstərilir. Lakin 23 il əvvəl baş verən və hüquqi sistemdə artıq unudulmuş bir hadisənin bu cür genişmiqyaslı, öldürülməyə qədər gedən əməliyyata bəhanə olması suallar doğurur.

Yekaterinburq məhkəməsinin ilkin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində əvvəlcə 22 sutkalıq həbs-qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində  isə 72 saatlıq həbs-qətimkan tədbiri seçilib.

İyulun 1-də Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb. Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.

İyunun 30-da Hüseyn və  Ziyəddin Səfərov qardaşlarının nəşi Azərbaycana gətirilib və xüsusi komissiya tərəfindən müayinə olunub. Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov ekspertizanın rəyini açıqlayıb. O bildirib ki, müayinədən öncə onların ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunub: “Rusiyada məhkəmədə meyitlər ayrı-ayrı ekspertlər tərəfindən müayinə olunub və ölümün səbəbi müxtəlif yazılıb. Ekspertiza rəyində Ziyəddinin ürək turmasından, Hüseynin isə sadəcə travmadan öldüyü qeyd edilib. Hüseynin meyitinə verilən rəydə göstərilib ki, küt alətlə travmadan dünyasını dəyişib. Amma hansı şəraitdə öldüyü guya bilinmir.

Biz meyiti xarici müayinə edərkən bədən üzvlərinin yerdəyişən sınığı, döş qəfəsinin sınığı, başın sol almacıq sümüyünün sınığı, böyük bir sahənin hemotoması, alt və üst dodaqların selikli qişasında qançırlar, sol və sağ qaşüstü nayihəsində sıyıqlar, döş qəfəsinin arxa hissəsində qançırlar, sol xayalarda qançır aşkar edildi. Ona xüsusi küt alətlə xəsarətlər yetiriblər. Hər iki budun geniş nahiyyəsində qançır və hemotomalar, sol bel nayihəsinin geniş ölçülü sıyrığı ilə qəbul etdik.

Daxili müayinə zamanı isə baş dərisinin iç səthində qansızmalar, baş beyinin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları aşkar edildi. Hər iki tərəfdə qabırğalar 7-8 yerdən sınmışdı. Hətta qabırğalardan birini tapa bilmədik. Qabırğa sınığı ağciyəri zədələyib. Ağciyərin kəsilmiş-cırılmış yaraları aşkarlandı. Diafraqmada da küt travma və cırılma var idi. Qaraciyər və dalaq cırılıb, dağılıb. Qarın boşluğunda periton,  qan hopması aşkar edildi. Ölümə çoxsaylı travmalarla əlaqədar posttravmatik şok səbəb olub".

Ə.Həsənov qeyd edib ki, Ziyəddin Səfərova isə ürək çatışmazlığı diaqnozu qoyulub: “Rusiyadakı ekspertizada göstərilir ki, guya ürəyin işemik xəstəliyindən vəfat edib. Biz isə müayinə edərkən məlum oldu ki, sağ və sol gözün qapaqlarında qansızmalar, boyunun sol və sağ nayihəsində qançır və sıyıqlar, döş qəfəsində deformasiyalar və zolaq halında sıyrıqlar, bud və baldırlarda sıyrıq və qançırlar, xayalarda qançır, sıyrıq və qansızmalar aşkarlandı. Bundan başqa, meyitin daxili müayinəsi zamanı onun boynunun sol və sağ ətraflarının zolaqlı qançırları, onurğanın zolaqlı sıyrıqları və digər travmalar aşkar edildi”.

Qardaşların nəşi iyulun 1-də rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyətinin iştirakı ilə Ağcabədi rayonunda dəfn edilib.  Hüseyn və Ziyəddin Səfərovların xüsusi amansızlıqla qəsdən öldürülməsi və saxlanılan Azərbaycan vətəndaşlarına işgəncələr tətbiq edilməsi faktı üzrə bir neçə maddə ilə cinayət işi başlanıb.

İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

Seyfəddin Hüseynli jurnalistlərə açıqlamasında bildirib ki, bundan sonrakı mərhələ artıq istintaq orqanlarının işidir: “Mən yalnız onu deyə bilərəm ki, bu məsələnin bütün gerçəklərinin üzə çıxması üçün mövcud imkanlar tam səfərbər edilib. Hələ ki doğma Mərzili kəndimizə qayıtmaq imkanımız olmadığı üçün qardaşlarım atam, anam və yaxınlarımızın dəfn olunduğu məzarlıqda torpağa tapşırıldı”.

S.Səfərov hazırda Rusiyada saxlanılan və ciddi xəsarət alan soydaşlarımızın hüquqlarının müdafiəsində dövlətimizin dəstəyinə güvəndiyini bildirib: "Orada qalanlar arasında ağır və ciddi xəsarət alanlar da var. Onların bir qismi hələ də təcridxanadadır və barələrində əsassız məhkəmə prosesi aparılır. Həmin şəxslər arasında qardaşım 61 yaşlı Səfərov Zakir Mehdi oğlu da var. Məhkəmənin ona təyin etdiyi 72 saatlıq müddətin artıq başa çatmasına baxmayaraq, onun azadlığa buraxılması süni maneələrlə gecikdirilir. Bunun belə olmaması ümidi ilə yaşayıram. İnanıram ki, bu məsələdə əldə olunacaq hər bir nəticə dövlətimizin gücü və ədaləti sayəsində mümkün olacaq.

Təkcə bir ailənin, bir el-obanın deyil, bütün Azərbaycanın acısını yaşayırıq. Yekaterinburqda baş verən faciədə ölkəmizin ləyaqətli oğulları qanunsuz şəkildə həbs olunub, amansız işgəncələrə məruz qalaraq öldürülüblər. Onlara qarşı saxta ittihamlarla qondarma “məhkəmə” qurulub".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
İnformasiya agentliklərinə dair yeni tələblər təsdiqləndi
16:01 04.07.2025
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
15:45 04.07.2025
Məşhur Hollivud aktyoru vəfat etdi
15:30 04.07.2025
"Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub"
15:21 04.07.2025
Romada partlayış baş verib
15:15 04.07.2025
"İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
15:05 04.07.2025
“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
Hamısı