Göyçayda yas mərasimində evin eyvanı uçub.
“EDnews” xəbər verir ki , hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.
Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. Nəticədə 1978-ci il təvəllüdlü Mətanət Ağakərim qızı Həşimova, 1969-cu il təvəllüdlü Kəmalə Həşim qızı Vahidova, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Saxanım Suru qızı Cabbarova, 1966-cı il təvəllüdlü Nazilə Məzahir qızı Məmmədova və 1963-cü il təvəllüdlü Susaxan Suru qızı Əliyeva həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Fatimə Mərdanlı // EDnews