Myanmarın Zəlzələ Fəlakəti və Humanitar Böhran davam edir

Hadisə 11:13 03.04.2025

Myanmanın hərbi rəhbəri Min Aunq Hlainq, ölkəsində minlərlə insanın həyatını itirməsinə və şəhərlərin tamamilə dağılıb viran olmasına səbəb olan zəlzələ fəlakətinin ortasında, regional sammitə qatılmaq üçün Taylandın Bangkok şəhərinə səfər edəcək. Zəlzələnin nəticəsində həlak olanların sayı 3.000-ə çatıb.

Cümə günü Mərkəzi Myanmada baş verən güclü zəlzələnin nəticələri ağır olub. Hərbi hökumətin məlumatına görə, 3,085 nəfər həyatını itirib, 4,715 nəfər isə yaralanıb. Yüzlərlə insan hələ də itkin düşüb,ölənlərin sayının daha da artacağı gözlənilir.

Myanma ordusunun sözçüsü bildirib ki, Min Aunq Hlainq, Bengal Körfəzini əhatə edən yeddi ölkənin liderlərini toplayacaq sammitə qatılmaq üçün cümə axşamı Bangkoka uçacaq. Sammitin cümə günü başlanacağı gözlənilir.

Onun sammitdə iştirakı nadir haldır, çünki sanksiya altındakı liderlər adətən belə tədbirlərdən kənarlaşdırılır.

Sammitə ev sahibliyi edən Tayland, zəlzələnin təsirinin hiss olunduğu və 21 nəfərin həyatını itirdiyi ölkə olaraq, liderlərdən fəlakətə dair birgə bəyanat qəbul etmələrini təklif edib. Birləşmiş Bengal Körfəzi ölkələri olan Banqladeş, Butan, Hindistan, Nepal və Şri Lanka da sammitdə iştirak edəcəklər.

Dünyanın müxtəlif ölkələri, zəlzələdən sonra Myanmaya yardım və xilasetmə komandaları göndəriblər, amma zəif infrastruktur və davam edən vətəndaş müharibəsi bu səyləri çətinləşdirib.

Hərbi rəhbərlik çərşənbə axşamı  bu yardım əməliyyatlarını sürətləndirmək məqsədilə müvəqqəti atəşkəs elan edib, halbuki əvvəlki dövrlərdə silahlı etnik üsyançı qrupların təkliflərini rədd edib.

Bundan əvvəl, hərbi ordu, zəlzələdən ciddi zərər çəkmiş üsyançıların nəzarətindəki ərazilərə hava zərbələri endirməyə davam etmişdi.

Şənbə günü, hərbçilər Çin Qızıl Xaç təşkilatının yardım yüklü avtomobillərinə atəş açmışdı. Həmin nəqliyyat vasitələri humanitar yardım daşıyırdı, lakin hərbi rəhbərlik, avtomobillərin dayanma işarəsinə məhəl qoymadan irəlilədiyini və bu səbəbdən atəş açıldığını bildirdi.

Myanma 2021-ci ildə hərbi rejimin hakimiyyəti ələ keçirməsindən sonra qanlı vətəndaş müharibəsinə sürüklənib. Bu münaqişə, silahlı müqavimətin artmasına və uzun illər boyu hərbi hakimiyyətə qarşı mübarizə aparan etnik qrupların güclənməsinə yol açıb.

Uzun illər davam edən zorakılıqlar, ölkənin iqtisadiyyatını çökdürüb, inflyasiyanı kəskin şəkildə artırıb və nəticədə Myanmarı dərin bir humanitar böhrana sürükləyib.

Zəlzələ, mövcud böhranın təsirini daha da dərinləşdirib. Humanitar təşkilatlar, hərbi rəhbərliyə yardım maneələrini aradan qaldırmağa çağırıblar.

Mədinə Məmmədova\\EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı