Rusiyada xilasedicilər Saxalin sahillərində qopan buz parçasının üzərindən 374 balıqçını xilas ediblər.
“EDnews” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Saxalində xilasetmə əməliyyatı uğurla başa çatıb. Bütün buz sahəsi və sahil tədqiq edilib. Bütün insanlar sahilə çıxarılıb. Ümumilikdə 374 nəfər xilas edilib", - deyə nazirlikdən bildirilib.
Fatimə Mərdanlı//EDnews