"Övladımı da itirdim, pulum da batdı" - - Talassemiyalı uşaqlara yığılan pulun mənimsənilməsi ilə bağlı məhkəmə

Hadisə 16:43 08.01.2025

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"EDnyus" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidovanın vəkili iştirak etməyib.

Hakim Azad Məcidov prosesin belə davam etməsindən yorulduğunu bildirib: "Prosesdən bir gün qabaq gah vəkil yazır ki, gəlmirəm, gah da Aynur Bayramova xəstələnir. Onu bura gətirtmək üçün qabaqcadan bildiriş vermişik. Bir az məsuliyyətli olun. Burda insanların övladlarından söhbət gedir. Onların borcları var, əziyyət çəkirlər".

Aynur Bayramovanın vəkili etiraz edərək bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində problem olmağı ilə bağlı məhkəməyə vəsatətlər təqdim edib.
Zərərçəkən Mənsumə Hacıyeva məhkəməyə verdiyi ifadəsində qeyd edib ki, Nuridə Seyidovaya və Aynur Bayramovaya “Çinar Plaza”da pul verib: "Mən aptekdə işləyirdim. Oradan dərman vasitələri alan bir xəstə mənə Aynur Bayramovanı tövsiyə elədi. Mənim qardaşımın oğlu da həmin xəstəlikdən əziyyət çəkir. Yanvar-fevral aylarında getdim “Çinar Plaza”da hər iki şəxsə şikayətimi bildirdim. Dedim ki, Türkiyədə donor tapılıb. Əməliyyat 83 min manatdır. A.Bayramova dedi ki, Nuridə Seyidovanın şirkətinin sponsorları var, kömək edə bilər. Talassemiya mərkəzində yanına müalicəyə getdiyimiz həkimlərdən Akif həkim də Aynura inandığını söylədi. Bütün proseslərdə Aynurla əlaqəm olub. Məndən 10 min dollar aldı. Hazırda ikisi ilə bağlı da sənədim var. Sonra öyrəndik ki, bizə qarşı dələduzluq edilib. Daha sonra uşağı öz hesabımıza əməliyyat etdirdk, amma bizim xəstəxanaya borcumuz qalıb.

Aynur dedi ki, gedək pulu Nuridədən geri alaq. Mən də istədim gedim ərizə yazım, amma Nuridə dedi ki, əməliyyat edə bilməyəcəksiz. Mən də çarəsiz qaldım. Bundan sonra hər ikisi də günahı bir-birinin boynuna atdı".

Aynur Bayramova etiraz edərək bildirib ki, zərərçəkən düzgün danışmır.

Hakim Azad Məcidov isə deyib ki, ilk dəfədir prosesdə təqsirləndirilən şəxsin pulu alıb, zərərçəkəni bu cür ittiham etdiyini görür.

O, daha sonra pulun kimdə olduğu soruşub. Aynur Bayramova və Nuridə Seyidova pulu götürmədiklərini söyləyiblər.

Məhkəmənin qərarı ilə zərərçəkənin istintaqa təqdim etdiyi səs yazıları dinlənilib. Orada Nuridə Seyidovanın pulu qaytaracağı ilə bağlı vəd verdiyi də deyilir.

Məhkəmədə ifadə verən zərərçəkənin hüquqi nümayəndəsi Ömər Məmmədov isə deyib ki, A.Bayramovaya 10 min dollar veriblər.

N.Seyidova bildirib ki, problem böyüməsin deyə belə bir addım atıb: "Mən istəyirdim zərəri ödəyim ki, problem yaranmasın. Çünki, imzalar mənim şirkətimə məxsus olub. Amma Aynur Bayramova pulu alıb. Sonra da özünü təmizə çıxarmaq üçün günahı mənim üzərimə atıb".

Zərərçəkən Elnur İsbəndiyarov isə bildirib ki, ona da həmin vədlər verilib və aldadılıb: "Aynur Bayramova məni tələsdirdi ki, pul tap ver, övladını əməliyyat edək. Mən onlara 25.500 manat pul verdim. Aynur pulu saydı, Nuridənin masasına qoydu. Amma heç nə etmədilər. Pulum batdı. Daha sonra övladımı özüm əməliyyat etdirdim. Lakin, övladım həyatını itirdi. İndi vəkillərə demək istəyirəm ki, mənim qızımın başına gələnlər sizin övladınızın başına gəlsə, təqsirləndiriləni müdafiə edərdinizmi? Onların verdiyi pulu aparıb övladınıza yemək ala bilərdinizmi? Mən bu pulu adını çəkdiyim hər iki şəxsdən tələb edirəm. Çünki, onlar Vətən müharibəsi qazisini, veteranını və I Qarabağ müharibəsinin şəhidinin qızını aldadanda utanmadılar. Məsuliyyətsiz yanaşdılar. Artıq mənim onların xəstə balasına da yazığım gəlmir. Onların elədiyi hərəkət Azərbaycan qadını adına təhqirdir".

Zərərçəkənlər təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsini istəyiblər.

Zərərçəkən Mənsur Qarayev də oxşar ifadə verib: "Qızım talassimiya xəstəsidir. O, bu xəstəliyin ən yüksək səviyyəsi olan Beta talassimiyadan əziyyət çəkir. Ona mütəmadi qan köçürmək lazımdır. Bu proses zamanı da orqanizmdəki dəmir orqanları zədələyir deyə, bahalı dərmanlar alırıq. Onun sadəcə, bir əməliyyatı vardı. Donor isə xəstənin qardaşı və ya bacısından alınmalı idi. Təəssüf ki, ailəmizdə uyğun donor olmadı. Daha sonra Aynur Bayramova ilə tanış olduq. Mənə əməliyyatın 98 min manat olduğunu söylədi. Mən də dedim ki, ancaq 20-30 min tapa bilərəm. O, məni Nuridə Seyidova ilə tanış edib kömək edəcəyini söylədi. Digər zərərçəkənlərə verdiyi vədləri mənə də verdi. Mən də ona 25.500 manat pul verdim. Onlara şirinlik də verdim, lakin götürmədilər. Etibar qazanmaq üçün bunu etdilər".

Proses yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı