İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi

Xarici siyasət 23:48 22.06.2025

21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası öz işini başa vurub.


“EDnews” xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sessiyanın yekunlarına dair "İstanbul Bəyannaməsi”, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Sessiya həmçinin Qərbi Azərbaycan İcması ilə qətnamənin qəbul edilməsi ilə xüsusilə əlamətdar olub.

İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə İƏT üzv ölkələrinin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınanılır.

Qeyd edilən qətnamə ilə yanaşı, "İstanbul Bəyannaməsi”ndə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanırəb, habelə Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasının qarşısında duran siyasi və hüquqi çağırışların aradan qaldırılmasına çağırılır.

Bəyannamə, həmçinin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstək ifadə edir.

Bəyannamədə, o cümlədən indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

"1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində, habelə Azərbaycanın əvvəllər işğal olunmuş digər ərazilərində törədilən müharibə cinayətləri, insanlıq əleyhinə və soyqırımı cinayətləri bir daha qətiyyətlə pislənir, üzv dövlətlər törədilmiş cinayətlərin tanınması üçün lazımi səyləri göstərməyə çağırılır.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Ermənistanın Azərbaycana qarşı nəticələrinin hələ də davam etdiyi təcavüzü bir daha qətiyyətlə pislənir, Azərbaycanın postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və yenidənqurma fəaliyyətinə dəstək ifadə olunur.

"Azərbaycan Respublikasına iqtisadi dəstək” adlı qətnamədə İƏT üzv dövlətləri, habelə İslam maliyyə institutları ölkəmizin yenidənqurma, habelə minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırılır.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamədə keçmiş işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində İslam mədəni irs nümunələrinə qarşı törədilən vandalizm aktları qətiyyətlə pislənir və Ermənistanın bu cinayətlərinə görə Azərbaycanın irəli sürdüyü reparasiya tələbi dəstəklənir.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
Hamısı