Rusiyanın Saxalin vilayətində ayı insanlara hücum edib.
“EDnews” xəbər verir ki, nəticədə ölən və yaralılananlar olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, hazırda insident nəticəsində ölən və yaralılananların sayı dəqiqləşdirilir. İdarə bir nəfərin dəqiq öldüyünü açıqlayıb.
Saxlaninin yerli KİV-i Yujno-Saxalinskdə "Üç maral" heykəlinin yaxınlığında bir qrup kişiyə ayının hücumu nəticəsində iki nəfərin öldüyü, iki nəfərin isə yaralandığı barədə məlumat yayıb.