Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Lukaşenko Azərbaycan xalqını bayram münasibətilə səmimi qəlbdən təbrik edib və iki ölkə arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə inandığını bildirib.
“Hörmətli İlham Heydər oğlu, təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcı, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm,” – deyə məktubda qeyd olunub.
Belarus lideri iki ölkə arasında olan xoşniyyətli münasibətlərin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib. O vurğulayıb ki, bu əlaqələrin inkişafı Azərbaycan və Belarus xalqlarının rifahına töhfə verəcək.
“Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə isə sülh və əmin-amanlıq arzulayıram,” – Lukaşenko məktubunda qeyd edib.
Qeyd edək ki, Novruz bayramı Azərbaycanda qədim ənənələrə malik olub, təbiətin yenilənməsini və baharın gəlişini simvolizə edir. Bayram münasibətilə dünya liderləri Azərbaycan Prezidentinə və xalqına təbriklərini ünvanlayırlar.
Fatimə Şukürova // EDnews