Bakalavr pilləsinin ləğvi nə vəd edir?

Təhsil 19:15 07.01.2025

"Bakalavr pilləsinin ləğvi və spesialist sisteminə keçid Rusiya təhsil sistemi üçün həm yeni imkanlar, həm də çətinliklər yaradır. Bu model tələbələrin daha dərin biliklər əldə etməsini və milli kadr hazırlığını gücləndirə bilər. Lakin beynəlxalq səviyyədə tanınma və tələbələrin qlobal əmək bazarına inteqrasiyası baxımından ciddi problemlər ortaya çıxa bilər”.
 
"EDnyus" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Rusiyada təhsilin bakalavr pilləsinin ləğv edilməsi ilə bağlı qərarın nəticələrindən danışarkən deyib. 

Ekspert hesab edir ki, xarici tələbələr üçün bu dəyişiklik əlavə hüquqi və akademik maneələr yarada bilər:

"Bu da Rusiyada təhsilə olan marağın azalmasına səbəb ola bilər. Tələbələr və valideynlər bu prosesdə universitet rəhbərliyi ilə sıx əlaqədə qalmalı və dəyişikliklərin təsirlərini diqqətlə izləməlidirlər. Hökumətin isə bu keçid dövründə beynəlxalq əməkdaşlıq və diplomların tanınması ilə bağlı konkret addımlar atması zəruridir. Bu, tələbələrin maraqlarını qorumaqla yanaşı, Rusiya təhsil sisteminin qlobal səviyyədə rəqabət qabiliyyətliliyini təmin edəcək”. 
 
 Kamran Əsədov əlavə edib ki, Rusiyada bakalavr pilləsinin ləğvi və əvvəlki "spesialist” modelinə qayıdış planı həm yerli, həm də xarici tələbələr üçün bir çox dəyişikliklərə səbəb ola bilər:

"Bu qərar təhsilin məzmunu, müddəti, diplomların beynəlxalq səviyyədə tanınması və tələbələrin karyera perspektivləri baxımından müsbət və mənfi təsirlər yaradır. Belə fundamental bir dəyişiklik diqqətlə təhlil edilməli və beynəlxalq təcrübə ilə müqayisə aparılmalıdır. Boloniya sistemi 2003-cü ildən etibarən Rusiya təhsilinə inteqrasiya olunmuşdu. Bu sistem tələbələrə bakalavr (4 il) və magistratura (2 il) pillələri üzrə seçim imkanı təqdim edirdi və təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edirdi. Lakin hazırkı qərar Rusiya təhsil sistemini beynəlxalq standartlardan daha çox yerli prioritetlərə uyğunlaşdırmağı hədəfləyir. Bu isə bir sıra müsbət və mənfi tərəfləri ehtiva edir”. 

Ekspert qeyd edib ki, bakalavr pilləsinin ləğvi və spesialist modelinə keçidin müsbət tərəfləri arasında təhsilin daha dərin və kompleks olması göstərilə bilər: "Spesialist proqramları 5-6 il davam edir və bu müddət ərzində tələbələr bir sahə üzrə daha geniş və ətraflı biliklər əldə edə bilirlər. Bu model, xüsusilə tibb, mühəndislik və texniki ixtisaslar kimi sahələrdə tələbələrin nəzəri biliklərlə yanaşı praktiki təcrübə əldə etməsinə imkan yaradır. Təhsil müddətinin uzun olması tələbələrə ixtisas sahələrində daha çox təcrübə toplamağa şərait yaradır ki, bu da onların yerli əmək bazarına daha yaxşı uyğunlaşmasına kömək edə bilər.
 
Rusiya Təhsil Nazirliyi də bu modelin milli təhsil sistemini gücləndirəcəyini və ölkənin peşəkar kadr ehtiyaclarını daha yaxşı qarşılamağa xidmət edəcəyini bildirir”.
Ekspert vurğulayıb ki, bakalavr pilləsinin ləğv edilməsi və spesialist sisteminə keçidin mənfi tərəfləri də az deyil:

"Ən böyük problem diplomların beynəlxalq səviyyədə tanınması ilə bağlıdır. Boloniya sistemi tələbələrin diplomlarının Avropa və digər ölkələrdə asanlıqla tanınmasını təmin edirdi. Spesialist modeli isə bu standartlardan kənardır və bu, diplomların beynəlxalq səviyyədə tanınmasını çətinləşdirə bilər. Məsələn, Avropa ölkələrində spesialist diplomları bəzi hallarda yalnız bakalavr səviyyəsində qəbul edilə bilər, bu da tələbələrin xaricdə təhsilini davam etdirməsini və ya işə qəbul olunmasını çətinləşdirir. Xüsusilə xarici tələbələr üçün bu dəyişiklik əlavə çətinliklər yarada bilər. Halzırda Rusiyada təxminən 300 min xarici tələbə təhsil alır və onların əksəriyyəti bakalavr proqramlarına qəbul olunub. Yeni model xarici tələbələr üçün diplomların tanınması və təhsil müddətinin uzanması baxımından əlavə maneələr yarada bilər. Xarici tələbələr Boloniya sistemindən istifadə edərək diplomlarının öz ölkələrində tanınmasını təmin edə bilirdilər. Yeni sistem isə onların təhsil planlarına və karyera perspektivlərinə mənfi təsir göstərə bilər”.

Kamran Əsədov bildirib ki, bakalavr pilləsinin ləğvi eyni zamanda tələbələrin təhsil müddətinin uzanmasına və əlavə maliyyə yükünə səbəb olur:

"Hazırda bakalavr təhsili 4 il, magistratura isə əlavə 2 il davam edir.  Spesialist modeli isə tələbələrin 5-6 il ərzində təhsil almasını nəzərdə tutur. Bu, tələbələrin təhsil müddətini artırmaqla yanaşı, onların əmək bazarına daha gec daxil olmasına səbəb olur. Eyni zamanda, təhsil müddətinin uzanması tələbələr və onların ailələri üçün əlavə maliyyə xərcləri deməkdir. Müqayisə üçün, ABŞ və Avropa ölkələrində tətbiq olunan Boloniya sistemi tələbələrə daha çox elastiklik və beynəlxalq mobillik imkanı təqdim edir. Bu sistem tələbələrə bir ölkədə bakalavr təhsili alıb, digər ölkədə magistratura proqramını davam etdirmək şansı yaradır. Spesialist modeli isə bu cür beynəlxalq inteqrasiyanı məhdudlaşdırır və tələbələrin yalnız yerli əmək bazarına yönəlməsinə səbəb olur. Bu, qlobal əmək bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər”. Sonda ekspert onu da diqqətə çatdırıb ki, tələbələrin hazırkı vəziyyətdə ən böyük narahatlığı onların təhsil prosesinə və gələcək planlarına olan təsirdir:

"Hazırda bakalavr pilləsində təhsil alan tələbələrin başladığı proqramı bitirmək imkanı yüksək ehtimalla qorunacaq. Bu tələbələr bakalavr diplomu alacaq və onların diplomları Boloniya standartlarına uyğun olaraq beynəlxalq səviyyədə tanınacaq. Yeni qəbul olunan tələbələr isə spesialist proqramlarına daxil ediləcək və bu dəyişiklik onların təhsil müddətini və karyera perspektivlərini birbaşa təsir edəcək”. 

Xatırladaq ki, Rusiya ali məktəbləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir. Rusiyada təhsilin bakalavr pilləsi ləğv ediləcək.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı