CEFR Azərbaycan dilinə tərcümə edilib

Təhsil 12:39 07.01.2025

“Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə tövsiyə çərçivə sənədi” (CEFR) ilk dəfə Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilib.

Bu barədə "EDnyus"-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, “Common European Framework of Reference for Languages: Learning, Teaching, Assessment” sənədinin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərliyi və təşəbbüsü ilə 2020-ci ildən başlayaraq Azərbaycan Dövlət Tərcümə Mərkəzində həyata keçirilib. Sənəd DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsi, həmçinin “Abituriyent” jurnalı redaksiyasının əməkdaşları tərəfindən redaktə olunub. Bu təşəbbüs dilin tədrisinin keyfiyyətini artırmaq, bilik və bacarıqların beynəlxalq standartlara uyğun qiymətləndirilməsini təmin etmək, tədris proqramları və yoxlama-ölçmə materiallarının metodoloji bazasını gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, artıq bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təhsilin fərqli səviyyələrində keçirilən imtahanların xarici dil bloku CEFR-in müvafiq səviyyələrinə uyğunlaşdırılır. Sözügedən imtahanlarda xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinə, həmçinin beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, imtahan verənlərin xarici dillər üzrə dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq bacarıqlarının yoxlanılıb qiymətləndirilməsi həyata keçirilir. Buna görə də Azərbaycan dilinə tərcümə edilmiş tamamlayıcı cild dilin tədrisi üçün kurikulumların, dərslik və vəsaitlərin, həmçinin dil üzrə bilik və bacarıqların ölçülməsi məqsədilə materialların hazırlanmasında müstəsna rola malikdir. Bu sənədin dil öyrənənlərin bilik və bacarıqlarının standart şəkildə qiymətləndirilməsinə, etibarlı yoxlama-ölçmə materiallarının hazırlanlanmasına, dil üzrə bilik və bacarıqların müqayisə olunmasına, həmçinin tədris prosesinin təsbit olunmuş dil standartları əsasında tədrisinə şərait yaradacaqdır.

CEFR sənədinin Azərbaycan dilinə tərcüməsi, təhsil sahəsində mühüm bir nailiyyət olmaqla yanaşı, həm də ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını gücləndirəcəkdir. Sənədin Azərbaycan dilinə tərcümə olunmuş versiyası Avropa Şurasının saytının müvafiq bölməsində, həmçinin Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı