Uşaqların beyninə yeridilən “oğru qanunları” – Zombiləşdirilmiş gələcəyimiz -ŞƏRH

Təhsil 17:35 09.12.2024

Sosial şəbəkələrdə toy məclislərinin birində uşaqların əlində "silah”la rəqs etməsini əks etdirən videogörüntü yayılıb. Həmin görüntü böyük müzakirəyə səbəb olub. Narahatlığa səbəb uşaqların Rövşən Lənkəranskiyə həsr olunan musiqili meyxanaya oynaması deyil, onların valideynlərinin uşaqlarının bu rəqsini gülə-gülə qarşılamasıdır.

Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan  açıqlamasında deyib ki, həmin uşaqların əksəriyyəti heç Rövşən Lənkəranskini tanımır:

"İlk dəfədir ki, danışmağa söz tapa bilmirəm. Bu uşaqların öz əməlləri deyil. Əgər öz təcrübəmizə arxalansaq, biz rəqs edəndə heç vaxt musiqinin sözlərinə fikir vermirik. Şeytanvari bir ritm üzərində qurulub, çox yüngül, ayaqlar üçün nəzərdə tutulan musiqi nömrəsidir. Bu ritm uşaqların bəzilərini özünə alidə edib. Bu musiqini ora gətirən bir nəfər var. Həmin şəxs bütün kütlənin bu cür təqdim olunmasına səbəb olur. Bu uşaqların 90% nəyi oynadıqlarını, hətta Rövşən Lənkəranskini kim olduğunu bilmirlər. Kələfin bir ucu var, o da həmin musiqini ora gətirən valideyndir, vəssalam".
 
Təhsil eksperti Elçin Əfəndi isə belə görüntülərin bir tendensiya halına gəldiyini vurğulayıb: 

"Uşaqlar bir-birinə baxır, eyni hərəkəti təkrarlayır. Burada mən günahı valideynlərdə, ondan sonra isə təhsil müəssisələrində görürəm. Valideyn övladlarına nəzarət etməlidir. Onlar uşaqlarının hansı musiqiləri dinlədiyini, hansı kitablar oxuduğunu, kimlər  ilə oturub-durduğunu bilməlidir. Buna valideyn məsuliyyət daşıyır”. 
 
Elçin Əfəndi bu məsələdə valideynləri ittiham edib:
 "Valideynlərin başı telefona qarışdığından əksəriyyəti uşaqlarını başlı-başına buraxıb. Uşağın zövqü necə formalaşıb və s. onlar üçün maraqlı deyil. Nəticədə isə xoşagəlməz mənzərə yaranır. Kriminal musiqlər dinləmək, bayağı meyxanalara qulaq asmaq, "Tik-Tok”da bəzi "blogerlər”in çıxış və hərəkətləri və s. erkən yaşında uşaqları fərqli düşünməyə vadar edir. Niyə? Çünki valideyn nəzarət etmir”. 

Elçin Əfəndi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailələrlə işləməsini tövsiyyə edib:

"O cümlədən Elm və Təhsil Nazirliyi də məktəblərdə şagirdlərə bu tip hərəkətlərə yol verməməyə səsləməlidir”. 

Müəllif: Bahar Rüstəmli

Mənbə: Qaynarİnfo

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı