Amerikalı biznesmeni İlon Mask, sahib olduğu "X" sosial şəbəkəsini süni intellekt sahəsində fəaliyyət göstərən xAI adlı startapına satdığını açıqlayıb.
EDnews-in verdiyi məlumata görə, bu barədə xarici mətbuat məlumat yayıb.
Maskın sözlərinə görə, xAI-nin dəyəri 80 milyard dollar, "X" sosial şəbəkəsinin dəyəri isə 33 milyard dollar (45 milyard dollar mənfəət, 12 milyard dollar borc çıxıldıqdan sonra) olaraq qiymətləndirilir.
O, qeyd edib ki, iki il əvvəl yaradılan xAI artıq dünyanın aparıcı süni intellekt laboratoriyalarından birinə çevrilib.
“xAI və 'X'-in gələcəyi sıx bağlıdır. Biz məlumatları, modelləri, hesablama və paylanma imkanlarını birləşdirmək üçün rəsmi addım atırıq. Bu birləşmə, xAI-nin qabaqcıl süni intellekt imkanlarını 'X'in geniş auditoriyası ilə birləşdirərək böyük potensialı açacaq”, - deyə Mask vurğulayıb.
Bloomberg agentliyinin məlumatına görə, birləşmiş şirkət XAI Holdings adı altında fəaliyyət göstərəcək və dəyəri 100 milyard dollardan çox olacaq, borc öhdəlikləri nəzərə alınmayacaq.
Şəms Qasımlı // EDnews