CFI -ın ticarət həcmi 1.12 trilyon dolları ötdü

İqtisadiyyat 15:36 17.02.2025

Dubay, BƏƏ - 5 fevral 2024-cü il - Onlayn ticarət xidmətlərinin aparıcı qlobal təminatçısı olan "CFI Financial Group" 2024-cü ili rekord nailiyyətlərlə başa vuraraq, dünyanın ən sürətlə inkişaf edən onlayn ticarət xidmətləri təminatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirib.

Rekord həddə çatan yüksək ticarət həcmlərinə, aktiv müştərilərin sayında eksponensial artıma və qlobal miqyasda əhəmiyyətli genişlənməyə nail olan CFI yeni sənaye standartları müəyyən edərək onlayn ticarət sahəsində dominant qüvvə kimi mövqeyini təsdiqləyib.

2024-cü ilin IV rübü: Əlamətdar ilin tarixə düşən yekunu

- Görünməmiş ticarət həcmi: CFI 2024-cü ilin dördüncü rübündə əvvəlki rekordları qıraraq ticarət həcmini 1.12 trilyon dollardan çox artırdı və bununla üçüncü rübün 1.03 trilyon dollar göstəricisini geridə qoydu. Beləliklə, 2024-cü ilin ikinci yarısında ümumi ticarət həcmin göstəriciləri 2.15 trilyon dollara yüksələrək, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 142% artım nümayiş etdirib.

- Artan müştəri aktivliyi: IV rübdə aktiv müştərilərin sayı III rübə nisbətən 27% artdı. Yeni müştərilərin sürətli artımı CFI şirkətinin əlçatan və səmərəli ticarət həlləri təqdim etmək öhdəliyini bir daha təsdiqləyib.

- Müştəri depozitləri və əməliyyatlarında artım: IV rübdə müştəri maliyyələşdirməsində 39% artım baş verdi, III rübdə isə 31% sıçrayış müşahidə edilirdi. Bu yüksəliş CFI-ın təkliflərinə artan inamı əks etdirir.

4-cü rübdə strateji genişlənmə və liderliyin gücləndirilməsi

CFI-ın qlobal miqyasda böyümə və liderliyin gücləndirilməsi istiqamətində davamlı səyləri IV rübdə əsas genişlənmələr və rəhbər heyətinin təyinatları ilə yekunlaşdı, o cümlədən:

- Azərbaycanda "CFI Financial Investment" şirkətinin fəaliyyətə başlaması şirkətin regionda ilk lisenziyalı yerli iştirakı kimi qeyd olundu və İlqar Rüstəmbəyli CEO (baş direktor) vəzifəsinə təyin edildi.

- CFI bütün qitələrə çıxışını genişləndirən Cənubi Afrikada fəaliyyətə başladı və Zihaad İsrafil CEO (baş direktor) vəzifəsinə təyin edildi.

- CFI-ın Əbu-Dabidəki ikinci ofisindən sonra Şarjada üçüncü BƏƏ ofisinin açılması şirkətin regional mövcudluğunu və əlçatanlığını gücləndirdi.

- Qlobal idman tədbirlərində VIP təcrübələr və unikal müştəri cəlbetmə imkanları kimi eksklüziv təşviqlər təklif edən CFI Mükafat Proqramı təqdim edildi.

- Ahmad Khatibin biznesin inkişafı üzrə baş direktor və Ziad Melhemin baş marketinq direktoru vəzifəsinə təyin edilməsi CFI şirkətinin rəhbər komandasını daha da gücləndirdi və şirkətin strateji inkişafını davam etdirməyə imkan yaratdı.

Sənayedə aparıcı tərəfdaşlıqlar və brendin genişlənməsi

- MI Cape Town klubunun rəsmi onlayn treydinq tərəfdaşı kriketin 2,5 milyardlıq nəhəng qlobal auditoriyası ilə əlaqə qurur.

- Qlobal brend səfiri və yeddiqat Formula 1™ dünya çempionu Lyuis Hemiltonun iştirakı ilə Dubayın "Gələcək Muzeyi"ndə eksklüziv "CFI Driven by Success" tədbiri keçirilir.

- "Trading Transparency+" proqramının təqdimatı baş tutur - bazar təhsili, ticarət reallıqları və risklərin idarə olunmasına həsr edilmiş təşəbbüs CFI-ın məsuliyyətli ticarətə sadiqliyini bir daha təsdiqləyir.

2024: Misilsiz uğur və inkişaf ili

- Ümumi illik ticarət həcmi əvvəlki rekordları aşaraq CFI şirkətini sənayenin lideri statusunda möhkəmləndirir.

- Treyder və investorların şirkətin xidmətlərinə olan tələbatını əks etdirən yeni müştərilərin illik 120% artımı müşahidə olunur.

- Yeni bazarlara çıxış CFI-ın beynəlxalq mövcudluğunu və yüksək səviyyəli maliyyə institutu kimi nüfuzunu möhkəmləndirir.

- Texnoloji irəliləyişlər, o cümlədən, süni intellektlə idarə olunan ticarət alətləri və qüsursuz platforma inteqrasiyaları ümumi ticarət təcrübəsini artırır.

- Yeni qlobal brend səfiri, yeddiqat Formula 1™ dünya çempionu Lyuis Hemilton şirkətin mükəmməllik, innovasiya və müxtəliflik və inklüzivlik tərəfdarı olma istiqamətindəki dayanıqlı səyləri ilə uyğunlaşır.

- NBA Əbu-Dabi Games və UFC 308 ilə genişləndirilmiş əməkdaşlıqlar, o cümlədən "FIBA WASL", "Khaleeji Zain 2024 GCC Cup" və başqaları ilə əməkdaşlıqlar daxil

olmaqla, Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti ilə strateji regional tərəfdaşlıqlar qurulur.

2025-ci ilə nəzər salaq

Bu möhtəşəm ili əsas götürərək, CFI davamlı inkişafa, texnoloji yeniliyə və əsas bazarlarda əhatə dairəsini genişləndirməyə sadiq qalır. İnkişafda olan yeni təşəbbüslərlə CFI 2025-ci ildə və ondan sonrakı illərdə onlayn ticarət sahəsində mükəmməlliyi yenidən müəyyən etməyə hazırlaşır.

CFI Haqqında: 1998-ci ildə təsis edilmiş "CFI Financial Group" MENA bölgəsinin aparıcı onlayn ticarət brokeridir və 25 ildən çox təcrübəyə malikdir. London, Əbu-Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Oman və Qahirə kimi mühüm yerlərdə fəaliyyət göstərən CFI həm qlobal, həm də yerli bazarlara problemsiz çıxış imkanı təqdim edir.

Səhm, valyuta, əmtəə və digər müxtəlif ticarət seçimləri təklif edən CFI sıfır "pip spredlər", komissiyasız xidmətlər və ultra sürətli icra şərtləri ilə üstün imkanlar təqdim edir.

Şirkət süni intellektə əsaslanan alətlər sahəsində liderdir və istənilən təcrübəyə malik treyderlər üçün intuitiv və qabaqcıl həllər təklif edir. CFI, çoxdilli təhsil məzmunu vasitəsilə maliyyə savadlılığını artırır və "AC Milan", FIBA WASL, "MI Cape Town" kriket komandası və Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti ilə tərəfdaşlıqlar vasitəsilə mükəmməlliyi təşviq edir. Yeddiqat "Formula-1" dünya çempionu Sir Lyuis Hemilton CFI-ın qlobal brend səfiridir. CFI həmçinin dünya üzrə mədəniyyət və icma təşəbbüslərini dəstəkləyərək innovasiya və uğura olan bağlılığını nümayiş etdirir.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı