Monqolustandan gətirilən quzu əti niyə 15 AZN-ə satılır? -Rəsmi Açıqlama

İqtisadiyyat 11:02 18.12.2024

Son günlərdə Azərbaycanda quzu əti bazarında maraqlı bir tendensiya müşahidə olunur.

"EDnews" xəbər verir ki, Monqolustandan gətirilən hazır quzu ətləri ölkə bazarına daxil olub və 1 kiloqramı 15 manatdan satışa çıxarılıb.

Bu, həm istehlakçıların, həm də yerli fermerlərin diqqətini cəlb edib.

Monqolustan quzu əti dünyada keyfiyyətli və təbii məhsul kimi tanınır. Bu ölkənin heyvandarlıq sahəsində inkişaf etmiş təcrübəsi və təbii şəraitdə yetişdirilən qoyunları, onların ətini qida sənayesi üçün yüksək dəyərli məhsula çevirir.

Azərbaycanda da bu ətlərin satışa çıxarılması, xüsusilə hazır məhsul olması, həm qiyməti, həm də keyfiyyəti ilə bazarda böyük maraq doğrurub. Nəzərinə çatıraq ki, Monqolustanda ətin qiyməti Azərbaycanla müqayisədə xeyli ucuzdur.

Monqolustanın Statistika İdarəsinin ötənilki rəqəmlərinə əsasən qiymətlər belədir:

Mal əti - kiloqramı 17 min tuqrik (8.38 AZN)

Quzu əti - kiloqramı 18 min tuqrik (8.87 AZN)

Keçi əti - kiloqramı 9 min tuqrik (4.43 AZN)

Dəvə əti - kiloqramı 8 min tuqrik (3.94 AZN).


Kəsim üçün satılan heyvanların qiyməti isə belə dəyişir:

Qoyun və ya keçi - 120-180 min tuqrik (57.8-88.4 AZN).

İri buynuzlu mal-qara - 1,2 milyon - 2,3 milyon tuqrik (590-1132 AZN).

Dəvə - 1-1,5 milyon tuqrik (491.3-737.8 AZN).

Azərbaycana müqayisədə Monqolustanda heyvan ətlərinin bu qədər ucuz olması onların keyfiyyəti ilə bağlı suallar doğurur. Görəsən, Monqolustanda Azərbaycana gətirilən ətlərin keyfiyyəti bütün standartlara cavab verirmi?

Bu suala cavab tapmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etdik. AQTA sorğumuza cavab olaraq bildirildi ki, qurum tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür:

"Bildiririk ki, xarici ölkələrdən, o cümlədən Monqolustandan Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən Monqolustandakı epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, yükə qida təhlükəsizliyi sertifikatı verilir və dövriyyəyə buraxılır.

Qeyd ki, ət məhsullarının qiyməti ilə bağlı məsələlər AQTA-nın nəzarətində deyil. İstehlakçılar əmin ola bilərlər ki, qiymətindən asılı olmayaraq həmin məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri norma çərçivəsindədir.

Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq məlumat verə bilərlər".

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı