"Mən öz mövzumda istehsalat zamanı karbon emissiyalarının aradan qaldırılmasına yönəlmişəm. BP şirkəti də bu yöndə fəaliyyət aparır. Əlbəttə ki, müasir texnologiyalar burada açar rol oynayır. Hazırda dünyada geniş mineral resurslar var. Lakin, bu resursların lazımi infrastrukturlara nə qədər yaxın olduğunu nəzərə almaq lazımdır."
Ednews xəbər verir ki, bu fikirləri Bakı Enerji Forumunda BP-nin nümayəndəsi Ruşi Musay bildirib:
"Məhz buna görə də, biz yeni texnologiyaların tətbiqinə başlamalıyıq. İndi enerji sahələri əsasən məhsuldarlığın artırılması üzərində cəmləşib. ənənəvi istehsalat sahələrində hələ də enerjinin 70%-ni ənənəvi resurslar təmin edir. Ona görə də bu resursların daha çox qorunması vacibdir."
Daha ətraflı videoda: