"Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində Azərbaycanın Avropaya təbii qaz ixracının həcmi artacaq. Macarıstan yalnız 1,5 milyard qaz istehsal edir ki, bu da çox azdır. Ona görə də Macarıstan yaxın tərəfdaşı Azərbaycandan təbii qaz idxal edir".
Ednews xəbər verir ki, bu fikirləri Bakı Enerji Forumunda çıxışı zamanı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
O bildirib ki, Azərbaycan qazının ixracının həcminin artırılması üçün Cənub Qaz Dəhlizi genişləndirilib və yeni interkonnektorlar istismara verilib. Lakin bu proses davam etməlidir. Azərbaycan Avropaya yaşıl enerji də ixrac etmək niyyətindədir. Macarıstan Azərbaycanın qlobal xarakter daşıyan layihələrini dəstəkləyəcək”, - deyə macar nazir vurğulayıb.
Əkbər Novruz