Nazir müavini: "Azərbaycanda 150 min hektarda müasir suvarma sistemlərinin tətbiqi planlaşdırılır"

İqtisadiyyat 15:15 15.05.2024

Azərbaycanın kənd təsərrüfatında su resurslarına qənaət edən innovativ texnologiyaların tətbiqi zəruridir.

Ednews xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.

O vurğulayıb ki, kənd təsərrüfatı sahəsində tətbiq olunun uğurlu adaptasiya proqramlarından biri kimi Prezidentin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli Fərmanının icrası çərçivəsində əldə olunan yüksək məhsuldarlıq göstəriciləri dolayısı ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini, müasir suvarma sistemlərinin tətbiqinin təşviqində yeni bir alət rolunu oynayır. Proqramın gələcək hədəfi ölkədə 150 min hektarda müasir suvarma sistemlərinin tətbiq edilməsinə nail olmaqdır, S. Cəfərov qeyd edib.

"Son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülüb və görülür. Bura Şirvan suvarma kanalının yenidən qurulması haqqında Prezidentin 8 aprel 2024-cü il, Qarabağ suvarma kanalının yenidən qurulması haqqında Prezidentin 15 aprel 2024-cü il tarixli Sərəncamları aid etmək olar. Təsəvvür edin bu sərəncamlar ölkənin 16 rayonunun 227 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqəsinin məişət suyu ilə təmin edilməsinə, suvarma suyundan daha səmərəli və qənaətlə istifadə etməyə imkan verəcəkdir", - S. Cəfərov bildirib.

Nazir müavini əlavə edib ki, bu gün ölkədə fermələrə müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı dünyada alternativi olmayan dövlət dəstəkləri göstərilir:

"Fermerlər müasir suvarma sistemlərini qurmaq üçün ümumi məbləğin yalnız 20 % avans şəklində ödəyir, 40 % dövlət tərəfindən qarşılanır, digər qalıq məbləğin 5 il müddətində ödənilməsi üçün faizsiz kredit ala bilirlər. Bu gün Azərbaycanda suvarılan əkin sahələrinin 10 %-ində müasir suvarma sistemləri qurulub. Ənənəvi olaraq geniş yayılan selləmə suvarmadan fərqli olaraq müasir suvarma sistemlərində (pivot, damcılı və s.) məhsuldarlığı dəfələrlə artırmağa imkan verir. Keçən ildən bağçılıqda müasir suvarma sistemlərini tətbiq edən fermerlərə hər hektara daha çox subsidiyanın verilməsi və təşviqi istiqamətlərində işlərimiz davam etməkdədir. Ölkənin mümkün olan hər yerində kiçik,orta və böyük sututarlarının yaradılması, suyun mənbədən sahəyə qədər nəqlinin mümkün qədər iqtisadi cəhətdən səmərəli olan qapalı sistemə keçidinin təmin olunması, fermerlərimizə sahəsi yanında təzyiqli suyun təmin edilməsi, sudan daha qənaətlə istifadəsini təmin etmək üçün fermerlərin əldə edəcəyi suyun dəqiq ölçülməsi və bu istiqamətdə mütəmadi maarifləndirilmənin təşkil edilməsi əsas hədəflərdəndir".

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı