Azərbaycanda daxili borc, xarici borca nisbətdə niyə yüksəkdir? – SƏBƏB

İqtisadiyyat 14:30 04.03.2024

Statistika Komitəsinin verdiyi məlumatlara əsasən Azərbaycanın dövlət  borcu  26 milyard 850,4  milyon manat təşkil edib. Ümumi dövlət borcunun 10 milyard 984 milyon manatı xarici  dövlət borcunun, 15 milyard 866,4 milyon manatı daxili dövlət borcunun payına düşür. Daxili və xarici  dövlət  borcunun artım tempi normaldırmı? Digər ölkələrlə müqayisədə Azərbaycanın  dövlət borcunun statistikası qənaətbəxşdirmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Ednews-a açıqlaması zamanı bildirib ki, Azərbaycanın daxili və xarici borcunu ümumi götürsək təhlükəli səviyyədə deyil: 

“Ümumi Daxili Məhsula nəzərən dövlət borcu başqa ölkələrə nisbətdə yaxşı vəziyyətdədir. Avropa ölkələrinə baxdıqda onların ÜDM-nın 70-80 faizində borc yükü var. Hətta bəzi ölkələrdə bu 100 faizdir. Azərbaycanda isə bu o qədər deyil. Təxminən 20-25 faiz civarındadır ki, bu hələlik təhlükəlihesab edilmir. Lakin son zamanlar xarici borcun azalması tendensiyasını görsək də daxili borc artır. Xarici borc xarici  beynəlxalq maliyyə qurumlarından dövlət zəmanəti ilə alınan borclar hesab olunur. Yəni  müqavilələr əsasında  istər Dünya Mərkəzi Bankından,   Beyxəlxalq Valyuta Fondundan, Avrasiya Bankından və digər maliyyə instutlarından alına bilir. Daxili borc isə Maliyyə Nazirliyinin qiymətli kağızları var. Onlar faiz nisbətində satışa çıxarılır və onlara  daxili investorlar maraq göstərir. O borcların bir çoxuda manatla olur. Bu isə müsbət haldır ki, gələcəkdə hansısa devalvasiya hadisəsi baş  verdikdə dövlət çox yüklənmir”.

İqtisadçı qeyd edib ki, daxili borcun artım tempi bir çox sullar yaradır:

“Keçən  il daxili borcda fantastik dərəcədə, 9-10 milyarda yaxın artım müşahidə olundu. Dediyim kimi “bono” kağızlarının,yəni, Maliyyət Nazirliyinin və digər qiymətli kağızların daxili bazarda satışa çıxarılmasıdır. Əslində xarici borcana nisbətən daxili borcun artması pis deyil. Sadəcə daha təhlükəlidir. Prosesin təhlükəsizliyini təmin etmək üçün daxili borcun xərclənmə mənbələri haqqında  daha dəqiq  məlumat verilməlidir. Nə qədər yığılır, hara xərclənir, nə vaxt qaytarılmalıdır və hansı faizlə daxili bazardan borc götürür və s. Təəssüf ki, bununla bağlı suallar açıq qalır”. 

Xəyal Ramiz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı