"Avrasiya Kredit" Azərbaycan Maliyyə Forumunda təmsil olundu - FOTOLAR

İqtisadiyyat 14:54 11.01.2024

Yanvarın 9 – da Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası,  Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “Nailiyyətlər Və Çağirişlar” mövzusunda “Azərbaycan Maliyyə Forumu” keçirilib.

Ednews xəbər verir ki, forumda “Avrasiya Kredit”də təmsil olunub. Panel müzakirələrdə “Avrasiya Kredit” in icraçı direktoru Xaliq Qasımov iştirak edib. O, "İşğaldan azad edilmiş ərazilərdə mikrobizneslərin inkişafında BOKT-lərin rolu və gələcək perspektivlər" mövzusunda çıxış edib.

Forumda maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələrinin iştirakı ilə  ölkəmizdə maliyyə sektorunun inkişafı, xüsusilə də maliyyə vasitəçiliyi və inklüzivliyinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi, habelə rəqəmsal maliyyə xidmətlərinin artırılması üzrə nailiyyətlər və qarşıda duran prioritetlər müzakirə olunub.

Tədbirin sonunda Azərbaycan Maliyyə Forumu iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi siyasətini dəstəkləyən və onun davam etdirilməsini ifadə edən Bəyanat qəbul olundu.

Bəyanatda möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksək rifah cəmiyyətinə və dayanıqlı inkişaf ölkəsinə çevriləcəyinə əminlik ifadə olunur.

Azərbaycan Maliyyə Forumu iştirakçılarının birgə bəyanatını təqdim edirik:

“Son 20 ildə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan heç vaxt olmayan qədər böyük inkişaf yolu keçib, güclü iqtisadiyyat, dayanıqlı maliyyə sistemi formalaşıb. Hər ötən il Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, dünyanın enerji xəritəsində etibarlı strateji tərəfdaş olaraq ölkə layiqli yerini tutub. Azərbaycan özünəməxsus, nümunəvi milli inkişaf modelini yaradıb.

Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin peşəkar dövlət idarəçiliyi Azərbaycanı böyük təhlükələrdən hifz edib, dünyada ən ağır sınaq və böhranlar dövründə də ölkənin təhlükəsizlik və əmin-amanlıq adası kimi tərəqqisinə rəvac verib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə ordumuzun Vətən müharibəsində möhtəşəm qələbə çalması, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağımızın ucalması müasir Azərbaycan dövlətçiliyi tarixinə qızıl səhifələr kimi daxil olub.

2003-cü ildən bəri həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ölkə iqtisadiyyatı 3.6 dəfə, qeyri-neft sektoru 3.5 dəfə, qeyri-neft ixracı isə dəfələrlə artıb. Azərbaycan qısa zaman kəsiyində aşağı gəlirli ölkə qrupundan çıxaraq yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olan az sayda uğurlu nümunələrdən biridir. Ölkəmiz son 20 ildə qlobal böhranlardan minimal itkilərlə çıxan azsaylı dövlətlərdən biridir.

Son 20 ildə ölkədə yoxsulluğun azaldılmasına və məşğulluq imkanlarının genişləndirilməsinə yönəldilmiş davamlı tədbirlər həyata keçirilib. Əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, xüsusilə aztəminatlı əhali qrupunun sosial təminat məsələləri daim diqqət mərkəzində saxlanılıb.

Bu dövrdə ölkənin maliyyə sistemi sürətlə dəyişən qlobal çağırışlara cavab olaraq inkişaf edib və milli iqtisadiyyatın mühüm təkanverici qüvvəsinə çevrilib. Maliyyə sisteminin bütün sahələri – bank, sığorta, kapital və ödəniş sektorları yüksək səviyyədə kapitallaşıb və iqtisadi artımın maliyyələşməsinə böyük töhfə verib. Ölkənin maliyyə sisteminin qlobal və daxili risklərə qarşı nümayiş etdirdiyi dayanıqlılıq maliyyə sisteminə, xüsusilə də bank sektoruna inamı gücləndirib. Son 20 ildə bank sektorunun aktivləri 44 dəfə, depozitləri isə təqribən 52 dəfə artıb. Maliyyə sektorunda dollarlaşma kəskin azalaraq Cənubi Qafqazda ən aşağı səviyyəyə edib. Bütün bunlar bank sektoruna və milli valyutaya yüksək inamı əks etdirir.

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində son 20 ildə Azərbaycanda müasir maliyyə infrastrukturunun atributlarından olan nağdsız ödənişlər sürətlə inkişaf edib. Milli ödəniş sisteminin dövriyyəsi 80 dəfə, ödəniş kartlarının sayı 151 dəfə, ölkədaxili nağdsız əməliyyatların həcmi isə 950 dəfə artıb. Hazırda nağdsız ödənişlərin həyata keçirilməsi üçün tələb olunan vaxt saniyələrlə ölçülür.

Milli iqtisadi inkişafa töhfə verən sahələrdən biri olan sığorta sektoru son 20 ildə sürətlə inkişaf edib. Bu dövrdə sığorta şirkətlərinin aktivləri 36 dəfə, sığorta haqları 17 dəfə, ödənişləri isə 37 dəfə artıb. Sektorun rəqəmsallaşdırılması sığorta xidmətlərinə əlçatanlılığın və keyfiyyətin artırılmasını təmin edib.

İqtisadiyyat və maliyyə sahələrində əldə olunan nailiyyətlər milli iqtisadiyyatımız üçün böyük potensial yaratmaqla yanaşı, onun uzunmüddətli dayanıqlı inkişafı üçün zəmin yaradır. Müasir dövrdə ölkəmiz keyfiyyətcə yeni inkişaf prioritetləri müəyyən edib.

Azərbaycan Maliyyə Forumu iştirakçıları vahid mövqedə və yekdil fikirdədir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları davam etməlidir. Prezident İlham Əliyev qalib xalqın qalib lideridir. Şuşada, Xankəndində, Xocalıda Azərbaycan Bayrağını qaldıran böyük şəxsiyyət kimi o, hər bir azərbaycanlı üçün milli liderdir.

Biz – Azərbaycan Maliyyə Forumu iştirakçıları olaraq bəyan edirik ki, Prezident İlham Əliyevin siyasətini tam müdafiə edirik və bundan şərəf duyuruq.

Azərbaycan məhz Prezident İlham Əliyevin uzaqgörənliliyi, məqsədyönlü siyasəti nəticəsində yüksək rifah cəmiyyətinə, inkişaf etmiş dövlətə çevriləcək!”

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı