Bakının Baş Planı ilə bağlı risklər hansılardır? - İqtisadçı ekspert ŞƏRH EDİR

İqtisadiyyat 10:40 09.01.2024

Paytaxt Bakı şəhərinin 2040 - cı ilədək görüləcək işlərinin Baş Planı təqdim olunub.

Ednews xəbər verir ki, planlaşdırılan layihələr Bakının inkişafını əks etdirsə də, planın ərsəyə gətirilməsi üçün paylaşılan rəqəmlər olduqca iddialı görünür. Qeyd edilib ki, ümumi planın icrası üçün 94 milyarda yaxın vəsait lazımdır. Bəs bu cür planın ərsəyə gətirilməsində uzun müddətli periodda hansı risklər ola bilər?

İqtisadçı ekspert Eldəniz Əmirov sosial şəbəkələrdə paylaşdığı analizində 225 səhifəlik baş planın qorxulu səhifələrinə toxunub və riskləri sadalayıb:

eldniz_mirov.jpg

"Bakının 225 səhifəlik Baş Planın yazılı izahının cəmi 64 səhifəsi icra proseslərinə dair effektiv tərəfi əhatə edir. Burada da ən “qorxulu” səhifə 207, 208 və 209-ci səhifələrdir. Çünki, burada planın icrası üçün lazım olan maliyyə vəsaitlərinin strukturu və ümumi 93 milyard 571 milyon manat vəsaitin lazım olduğu göstərilib. Bu hər il üçün ortalama 5 milyard 848 milyon manat deməkdir. Müqayisə üçün deyim ki, işğaldan azad edilmiş ərazilər (İAEƏ) üçün bu il dövlət büdcəsində cəmi 3,9 milyard nəzərdə tutulur. Yəni bu plana görə təkcə Bakı üçün hər il nəzərdə tutulan vəsait bütün İAEƏ-də olan iki iqtisadi rayonun yenidən qurulması və bərpası üçün xərclənən vəsaitdən illik 2 milyard manat çoxdur. Amma ən pisi də odur ki, nəzərdə tutulan işlər üçün əslində daha çox vəsait lazım olacaq. Çünki, bu PLANın özündə belə cümlə var: “İnşa olunacaq hər hansı obyektin vahidinin dəyəri Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılmış təhlillərə əsaslanır və bu dəyərlər Bakı şəhəri üzrə 2020-ci ilin cari orta qiymətlərini əks etdirir”. İndi təsəvvür edək ki, 2040-cı ilə qədər 93.6 milyard manatlıq dəyər 20 illik ardıcıl infilyasiyanın təsiri ilə hansı səviyyəyə yüksələcəkdir?! Unutmaq olmaz ki, Respublika təkcə Bakıdan ibarət deyil". 

Ekspert planda özəl sektorla bağlı olan hissəyə də toxunub:

"Yəqin Planı sona qədər diqqətlə oxuyanlar bu planın maliyyə təminatında özəl sektorun xüsusi çəkisinə diqqət ediblər. Burada “bərpa olunan enerji təsərrüfatları” üçün 2 milyard manat və “Ərazi inkişafı” üçün isə xərcin 65%-i olmaqla 31 milyard manat özəl sektorun öhdəsinə düşəcək. Bu isə o deməkdir ki, xərclənəcək hər 100 manatın 35 manat 32 qəpiyi özəl sektorun payına düşür.

Təbii ki, bu zaman özəl sektor bu vəsaiti cidindən çıxarıb, dövlətə vermir. Bu sadəcə biznes fəaliyyəti çərçivəsində, eləcə də infrastrukturların yaradılması və s. proseslər zamanı xərcləyəcək vəsaitdir. Buna görə “Ərazi inkişafı” üzrə xərclərin 65%-i özəl sektorun payı kimi göstərilib. Odur ki, narahatedici məqam bu 65%-lik payda deyil. Narahatedici məqam odur ki, yerdə qalan 35%-lik xərclərin bir manatı belə heç bir halda hansısa qurumlar tərəfində dolayı metodlarla sahibkarların çiyinlərinə yüklənməməlidir. Bu özəl sektorda ciddi fəsadlar yarada bilər. Buna görə də 16 il davamlı ciddi nəzarət mexanizmi yaradılmalıdır.

Nəzarət demişkən, 225 səhifəlik bu sənəddə Planın icrasınn monitorinqinə yarım səhifədən də az yer ayrılıb. Orada da mexanizm olaraq deyil, sadəcə ümumi cümlələr verilib. Halbuki, bütün böyük proqram və layihələrin uğurunu şərtləndirən əsas mərhələsi onun monitorinq hissəsidir. Odur ki, monitorinq mexanizminə dair ayrıca müfəssəl sənədin hazırlanmasına da ehtiyac vardır.

Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı