İqlim böhranı gender bərabərsizliyini dərinləşdirə bilərmi? (I Hissə: Nigeriyada Qızların Təhsil Həyatı)

Ekologiya 09:35 04.03.2025

İqlim böhranı ümumi problem olsa da, onun təsirləri insanlar arasında  bərabər paylanmır. Statistikalar göstərir ki, qadınlar, qızlar iqlim dəyişikliyinin təsirlərinə kişilərə nisbətən daha çox məruz qalırlar.

Bu gün hamımız müşahidə edirik ki, iqlim dəyişikliyi gender bərabərsizliyini daha da dərinləşdirir.BMT-nin araşdırmalarına görə,hava şəraitinin cəmiyyətə mənfi təsir etməsi nəticəsində bərabərsizliklər daha da dərinləşir: zorakılıq artır, qızlar məktəbdən çıxarılır, erkən evləndirilir,evlərini tərk edən qadınlar və qızlar cinsi istismar və alver riskinə daha çox məruz qalırlar.

“Kimlərin daha çox təsirləndiyini və kimlərin iqlim böhranının təsirinə ən çox məruz qaldığını nəzərdən keçirəndə görürük ki, bundan daha çox qadınlar əziyyət çəkir”-  BMT-nin Baş Katibinin İqlim Fəaliyyəti və Ədalətli Keçid üzrə Xüsusi Məsləhətçisi Selvin Hart  CNN-ə bildirib.

“Və təəssüf ki, bizim siyasətlərimiz və strategiyalarımız bu problemi həll etmək üçün uyğun deyil”- S.Hart əlavə edib.

Cinsiyyət və iqlim dəyişikliyi arasındakı fərqi araşdırmaq üçün biz yeddi fərqli Cənubun ölkəsində olan qadın və qızlarla danışan yeddi qadın fotojurnalistlə əməkdaşlıq edib və  onların qarşılaşdıqları çətinlikləri qələmə alıb.

Bu  layihə insan fəaliyyəti nəticəsində yaranan iqlim böhranının onların həyatlarını necə alt-üst etdiyini müxtəlif yollarla vizual olaraq  nümayiş etdirir, amma eyni zamanda onların bununla necə mübarizə apardıqlarını da göstərir. Hər şəkil sürətlə dəyişən iqlim şəraitində daha yaxşı  bir həyat yaşamaq uğrunda aparılan mũbarizəni əks etdirir.

I Bölmə : Nigeriyada qızların təhsil həyatı

BMT Uşaq Fondunun (UNICEF) məlumatlarına görə, Nigeriyada 5- 14 yaş arasında olan 10 milyondan çox uşaq məktəbə getmir. Xüsusilə, ölkənin şimal-şərq və şimal-qərb əyalətlərində qızların yarısından az hissəsi  təhsil alır.

BMT agentliyinin məlumatına görə, bu təhsil böhranı yoxsulluq, coğrafiya və gender ayrı-seçkiliyi kimi  amillərin nəticəsidir. Lakin,bu amillərdən ən aktualı iqlim böhranıdır.

Nigeriya getdikcə istiləşir , quraqlıq artır, sel, torpaq sürüşmələri kimi təbiət hadisələri daha şiddətli və daha tez-tez baş verir. İqlim dəyişiklikləri uşaqların məktəbə getməsini də çətinləşdirir. Sərt hava şəraiti ilə mübarizə aparan əhali, bəzən uşaqlarını ailəyə yardım etmələri üçün əlavə pul qazanmağa cəlb edirlər ki, bu da onların təhsil almasına maneə yaradır. Üstəlik bəzi icmalar qızların təhsil alma fikrini dəstəkləmirlər, bu səbəbdən onlar ən çox zərər çəkənlər hesab edilir.

“Brukinqs” İnstitutunun araşdırmalarına əsasən, hər  il məktəbdə təhsil alan qızın ölkəsinin iqlim fəlakətlərinə qarşı dayanıqlılığı artır. Bu, iqlimlə əlaqəli fəlakətlərə qarşı həssaslıq göstəricisində 3,2 bal artımına bərabərdir. Bu da o deməkdir ki, qızların təhsili, ölkələrin iqlim dəyişikliyinə qarşı daha davamlı olmağına kömək edir.

Zariya şəhərində qızların təhsilini dəstəkləyən mərkəz, onlarım təhsilini davam etdirməyinə  kömək edən proqramlar həyata keçirir. Bundan əlavə, onlara  hava şəraitinin təsirləri ilə necə mübarizə aparacaqları barədə təlimlər təklif edir. Bu təşəbbüslər, qızların təhsilini davam etdirməyinə, həmçinin dəyişən iqlim şəraitinə daha rahat uyğunlaşmağına dəstək olur.

“Qızların Təhsil Mərkəzi”-nin direktoru Həbibə Məhəmməd bildirib:

 “Qızların iqlim dəyişikliyi və onun təsirlərini necə azaltmaq barədə məlumatlandırılması onlara ekstremal vəziyyətlərdə özlərini necə qoruyacaqlarını öyrənmələrinə və gələcəkdə bu cür vəziyyətlərlə qarşılaşdıqda necə davranmalarını lazım oldugunu bilməkdə kömək edəcək.

Müəllif: Taivo İna

Mənbə: CNN

Azərbaycan Dilinə Tərcümə: Mədinə Məmmədova

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı