Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert təşkil olunub

Mədəniyyət 10:10 24.04.2025

Qırğızıstanın paytaxtı Bişkekdə təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illiyi də qeyd olunub. Aprelin 23-də A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan incəsənət ustalarının Üzeyir bəyin 140 illiyinə həsr olunmuş konserti keçirilib.

 “EDnews” xəbər verir ki ,  Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında gerçəkləşən konsertdə orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Konsert proqramı Üzeyir bəyin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Sonra solist Səidə Tağızadə (piano) Fikrət Əmirov və Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün konsert” əsərini ifa edib. Orkestrin ifasında Niyazinin "Vals"ı və Qara Qarayevin “Yeddi gözəl” baletindən “Yürüş” və “Vals” gecəyə ayrıca rəng qatıb.

Əməkdar artistlər Nərgiz Kərimova (vokal) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”nı, Xəyyam Mustafazadə (vokal) “Sevgili canan” romansını ifa ediblər. Müslüm Maqomayevin "Nərgiz" operasından “Nərgizin ariyası” Fatimə Cəfərzadənin ifasında səslənib.

Konsertdə görkəmli qırğız bəstəkarı Kalıy Moldobasanovun “Əmək rəqsi” də orkestr tərəfindən məharətlə ifa olunub. Fikrət Əmirovun “Azərbaycan kapricciosu” isə ana yurdumuza məhəbbət və rəğbətin himni kimi könülləri oxşayıb.

Gecəyə qırğız sənətçilər də öz töhfələrini veriblər. Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının solistləri Samira Mamatova və Murat Dervişaliyev “Arşın mal alan” operettasından “Telli ilə Vəlinin dueti”ni ifa ediblər.

Türk-müsəlman dünyasının fəxri olan Üzeyir Hacıbəyli soraqlı musiqi axşamı Xəyyam Mustafazadənin ifasında böyük müğənni və bəstəkar Müslüm Maqomayevin “Odlar yurdu” mahnısı ilə başa çatıb.

Bütün ifalar qırğız musiqisevərləri tərəfindən böyük alqışlarla qarşılanıb.

Konsert proqramı unudulmaz bəstəkar Üzeyir bəyin mədəniyyətimiz qarşısında misilsiz xidmətlərinə minnətdarlıq duyğusu kimi qəbul olunub, onun 140 illiyinə qiymətli sənət töhfəsi tək yaddaşlara yazılıb.

  Fatimə Mərdanlı //EDnews 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı