Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

Mədəniyyət 13:06 21.02.2025

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək.

“EDnews” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur.

B.Vahabzadə 9 yaşında ailəsiylə birgə Bakıya köçmüşdür. O burada orta məktəbi bitirmiş və daha sonra Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsində 1942 və 1947 illər arasında təhsil almışdır. O, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyasını 1952-ci ildə müdafiə etmişdir. Şair bədii yaradıcılığına 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O andan etibarən mətbuatda şeirləri və elmi məqalələri çap olunmağa başlanır. Bəxtiyar Vahabzadənin ilk kitabı lirik şeirlərdən ibarət olan və faşizmə qarşı mübarizədə qalib olmuş xalqın düşüncələrini əks etdirən “Mənim dostlarım” adlı kitabı olmuşdur. O hər zaman müasir dövrün problemlərini öz şeir və poemalarında əks etdirmişdir. 1960-2003 illəri ərzində onun “İkinci səs”, “Vicdan”, “Yağışdan Sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız Günah”, “Dar Ağacı” və “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. O tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyətinə davam etmişdir.

Bəxtiyar Vahabzadə 1960-cı illərdə başlayan milli azadlıq hərəkatının öncülərindən biri idi. O, özünün 1958-ci ildəki “Gülüstan” poemasında parçalanmış Azərbaycanın tarixi faciəsini işıqlandırmış, rus və fars imperiyası arasında ayrılmış xalqın istiqlal uğrundakı ədalətli savaşına qoşulmuşdur.

Bu əsərə istinadən şair 1962-ci ildə “milliyətçi” damğası ilə ADU-dan çıxarılmış, amma iki ildən sonra onun işi bərpa edilmişdir. Şair hər zaman mübarizəyə davam etmiş və birbaşa Sovetin qəddarlıqlarını ifşa edən əsərlərini, sovet ittifaqı dağıldıqdan sonra “Sandıqdan Səslər” başlığı ilə nəşr etdirmişdir.

Şairin əsərləri dünyanın bir çox dillərinə – ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, eyni zamanda keçmiş Sovet Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

Şairin ictimai-siyasi fəaliyyəti
O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibində fəaliyyət göstərmişdir. Şair 1995-2000-ci illərdə millət vəkili kimi fəaliyyət göstərmişdir.

Bəxtiyar Vahabzadənin mükafatları
9 iyun, 1959-cu ildə şairə “Əməkdə fərqlənməyə görə” medalı təqdim edilmişdir. Bunun ardından,o, 13 sentyabr 1974-cu ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adıyla təltif edilmişdir. Bir il sonra isə şair “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdür. O 1 noyabr 1984-cü ildə “SSRİ Dövlət Mükafatı” ilə şərəfləndirilmişdir. Şairin “Azərbaycan SSRİ Xalq Şairi” , “Əmək Veteranı” , “İstiqlal” ordeni və Rumıniyada onun adına verilən “Ləyaqət” ordeni kimi mükafatları vardır.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı