O dünyadan Əlisa Nicata məktub

Mədəniyyət 14:54 08.02.2025

Əzizim Əlisa! Mənim dünyamdan salamlar olsun sənə! Niyə “salam”ı cəmdə yazdım? Çünki mən tək öz adımdan yazmıram. 2013-cü ilin aprelində Sərdar Cəlaloğlunun görkəmlilər haqqında replikaları, xüsusilə də Səməd Vurğun haqqında “dılğır” deməyi aranı qarışdırmışdı, indi də sənin ona “yaltaq” deməyin. O vaxt yığışıb mənə – Axirət dünyası Yazıçılar Birliyinin sədrinə – tapşırıq verdilər ki, Sərdara məktub yazım. İndi də sənin Səməd Vurğuna qiymətindən çox təsirləniblər. Məktub yazmağımı istəyirlər. Həm də çox nigarandırlar: qazın gəldimi? Təqaüd aldınmı? “Çox sağ ol” yerinə Anarı söydünmü..? Yəqin ki, hamısı olub.  Yoxsa Şahbaz Xuduoğlu necə səni yada salmışdısa, sən də qızışandan sonra qələmə sarılıb Səmədi yada salmazdın.

O da sənin bu halından pəjmürdə olub. Özünə gələ bilmir. Amma heç nəyi yoxdur ki, sənə kömək etsin. O dünyadakı hər şeyi muzeydə dövlət tərəfindən qorunur. Bu dünyaya isə xristian-kommunistsayağı – əynində bir dənə köhnə kostyumla gəlib. Xristian tabutu da çoxdan çürüyüb. Ona görə də indidən oğlanları Yusiflə Vaqifə vəsiyyət edib ki, sən 100 yaşından sonra gələndə sovxaları sənə versinlər. Yoxsa ki, nazik kəfəndə canın üşüyər. Axı buralara hələ qaz çəkməyiblər. Tabutları isə müsadirə edib, Cəhənnəmdə qır tiyanları qaynatmaqda istifadə edirlər. Bunları deyirəm ki, birdən İnkir-Minkir seçim versə işini bil.

Burdakıların ürək sözlərini yazıb sənə çatdırmağa isə halım yoxdur. Sərdar balama 25 aprel 2013-cü ildə göndərdiyim məktubu oxusan bəs edər.

Bizdən Anara, Elçinə, İntiqama, Vidadi Babanlıya, Seyran Səxavətə, Çingizə, Xeyrəddin Qocaya salamlar! 

QABİLİN O DÜNYADAN SƏRDAR CƏLALOĞLUNA MƏKTUBU

Əzizim Sərdar! Salam! Fani dünyada üstünə yaman düşüblər. Bu dünyada isə hamı sənə minnətdardır. Burdakılar sizin dünya ilə təkcə mənim əlaqəm olduğu üçün sənə məktub yazmağımı xahiş etdilər. Mən də heç kimin könlünü sındırmadım.
Birinci məktubumda Teymur Əhmədova demişdim ki, bizim o dünyada korpunktumuz ol. Yazığın səsi kəsildi. Day məktub-zad yazmır. Yəqin qocalıb. Amma sən cavansan. Burdakıları bir-bir qəbirdən çıxarıb ruhlarını şad edirsən. Burdakı digər görkəmli ölülərimiz Səməd Vurğuna, Vaqifə, Qaçaq Nəbiyə, Həcərə, Nadir şaha, Ağa Məhəmməd şah Qacara paxıllıqla baxırlar. Hələ sənin - Axundovu, Cəlil Məmmədquluzadəni, məni, Bəxtiyarı, Asif Atanı inkar edən - gənc davamçıların olan həsədçiləri demirəm. Eşq olsun Sizlərə. Nə qədər Sizin kimilər var, biz heç vaxt ölməyəcəyik. Çünki müqayisə etdikcə qiymətimiz bir az artır. Eybi yoxdur. 100 il təsdiq ediblər, qoy bir əsr də inkar etsinlər. Təki gündəmdə qalaq – sən də, biz də, onlar da...
 
O gün Səməd Vurğun şoka düşmüşdü. Həmyerliləri Qazaxdan durub qəbrinin üstünə yürüş etmişdilər. Neçə-neçə alim, deputat da onun müdafiəsinə durmuşdu. Deyirdi ki, o, öləndən sonra heç bu qədər təsirlənməmişdi.
Sərdar, bəsdir də! İstəyirsən kişinin ürəyi sevincdən partlayıb bir də ölsün? 57 il idi Səməd Vurğunu halalca adıyla bu qədər yada salan yox idi, bir dənə “dılğır” deməklə diriltdin kişini. Bütün əsərlərini bir daha müzakirə obyektinə çevirdin. O vaxtın gözüylə yazılan əsərlərə bu günün gözüylə baxdın. Eşq olsun sənə.
Amma Səməd Vurğunu şad etsən də, o biri qazaxlı şair və yazıçılarımız qəmgindirlər. Qazax ziyalıları gəliblər, bircə Səmədin qəbrini ziyarət edib gediblər. İsmayıl Şıxlı, Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Hüseyn Arif, Yusif Səmədoğlu yaddan çıxıb. Ona görə də deyəndə “qruppovoy” de.  Səndən nə gedir. Artıq sən cəmiyyətdə hörmətli adamsan. Sən desən sözünə baxacaqlar. “Dılğır” kodunu yaz, yaddaşlar açılsın. Bir də ki, mən qarışıq hamımızın yaradıcılığında kommunist də var, 26-lar da, “yest takaya partiya” da. Qazax ziyalılarına yazığın gəlsin. Hər yazıçıya görə o boyda yolu durub Bakıya gəlsələr, müflis olarlar axı.
Fəxri adlarımızı almağa isə çalışmayın. Çünki qaytarılası bir şeyimiz yoxdur. Bircə kəfəndir fani dünyadan gətirdiyimiz, o da çoxdan çürüyüb. Yoxsa bu nə sözdür – o da Sizə qurban idi.         

Mən Elşad Abdullayevə də demişdim – qadınlarla işiniz olmasın. Hacı Məmmədovu da onlar yıxdı, Elşadı da. İndi də növbə sənindir. Eşitdim Qaçaq Nəbinin Həcərinə sataşmısan. Sənin qəhrəmanlıq simvollarımızla nə işin var axı? Gül kimi missiyan var – Yazıçıları diriltmək. 
Yox, yox ixtisasına uyğun - məhkəmə tibb eksperti kimi demirəm. Məcazi mənada, başa düş. Amma öz aramızdı Həcər xanım, Qaçaq Nəbi yaman razılıq edirlər səndən. Gündəmə gətirdiyinçün yox. O öz yerində. Üç deputatın dilini açdığın üçün. Axır ki,  onların da səsini eşitdik.

İki rayondan üzr istəmisən. Tələsmə. Azərbaycanda o qədər rayon var ki... Hər rayondan da 3-4 tanınmış. Üzr istəməyini saxla, say. 5 rayondan bir üzrxahlıq missiyasını  həyata keçir. Narahat olma, öldürüb eləməyəcəklər. Heç görmüsən ki, kimsə kimsəni ölüyə görə öldürsün? Görsən gələndə bizə də göstərərsən.   

Sərdar balam, missiyanı davam etdir. Mənimlə işin olmasın. Oğlum Mahir demək olar ki, hər gün qulağımı çingildədir. Yuxusuna da girirəm xeyri yoxdur. O qədər burda köhnə ölü var ki... Hamısı sənə möhtacdır. Kompromatı da özləri verirlər. Səməd Vurğuna “dılğır” deyəndən sonra Süleyman Rüstəm də yalvarır ki, “nə olar mənə də “keçəl” desin”.

Martın 12-də doğum günümdə qəbrimin üstünə bir nəfər də gəlmədi. Bəlkə Novxanı ziyalıları bundan sonra yada salıb məzarıma yürüş elan edələr. Gələndə yolüstü Xırdalan ziyalılarını da haylasınlar. Nəbi Xəzri də nigarandır. Masazırlılara da hay eləsələr pis olmaz. Yoxsa ki, Əliağa Vahid yaman qanıqara, gileyli gəzir. Süleyman Rəhimovu, Ordubadini, Abdulla Şaiqi, İmran Qasımovu day demirəm. Siyahını uzatmaq istəmirəm. Gəl xiyabanı gəz, bizi ziyarət elə, qeydlərini apar. Növbə ilə gündəmə gətir. Xiyabandan çıxanda ehtiyatla çıx. Şəklini çəkib eləməsinlər.
 
Səhv etmirəmsə Nüsrət Kəsəmənlinin oğlu demişdi: “Mənim o dünyada o qədər arxam var ki... atam, nənəm, babam...”. İndi sən də heç narahat olma. Dediklərimizi eləsən, gələcəkdə səni Axirət dünyasının Yazıçılar Birliyinə fəxri üzv də seçərik. Ədəbiyyatımız qarşısında misilsiz xidmətlərinə görə. Əlbəttə ki, Cənnətə düşsən. 
Bizdən antireklam kampaniyasının bütün üzvlərinə qarşılıqlı hörmət, ehtiram və salamlarımızı çatdır.

Mənbə: Modern.az

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı