"Tanrılarımızı geri qaytarın"

Oğrulanmış İncəsənət Muzeyindən reportaj

Mədəniyyət 11:32 07.11.2024

Nepalın Bhaktapur şəhərindəki kiçik bir küçədə, qəribə adı olan bir bina yerləşir - "Oğurlanmış İncəsənət Muzeyi".
Muzeyin içərisində, Nepalın müqəddəs tanrı və tanrıçalarının heykəlləri ilə dolu otaqlar var.
Bunlar arasında Sarasvati heykəli də var. Lotusun üstündə oturan bu Hindistanın müdriklik tanrıçası əllərində kitab, təsbehləri və "veena" adlı klassik musiqi aləti tutur.

Amma otaqdakı digər heykəllər kimi, bu heykəl də saxtadır.
Sarasvati heykəli, muzeydəki 45 surətdən biridir və 2026-cı ildə ictimaiyyətə açılacaq olan Panautidəki sərgisində nümayiş olunacaq.

Muzey, Nepalın eko-aktivist Rabindra Purinin ideyasıdır. O, Nepalın oğurlanmış bir neçə əhəmiyyətli əsərinin geri qaytarılmasını təmin etməyə çalışan missiyanın rəhbəridir. Bu əsərlərin orijinal variantları ABŞ, Böyük Britaniya və Fransa kimi ölkələrdəki muzeylərdə, hərrac evlərində və ya şəxsi kolleksiyalarda saxlanılır.  

Son beş il ərzində, o, bu heykəllərin surətlərini yaratmaq üçün altı sənətkar cəlb olunub, hər birinin hazırlanması üç aydan bir ilə qədər vaxt aparıb. Muzey dövlətdən yardım almır.  

Onun missiyası, yaratdığı surətlərin qarşılığında, oğurlanmış bu əsərlərin geri qaytarılmasını təmin etməkdir.  

“Nepalda, belə heykəllər ölkə boyunca müxtəlif məbədlərdə yerləşir və onlar sadəcə eksponat deyil. Bu heykəllər ölkənin "yaşayan mədəniyyəti"nin bir hissəsi olaraq qiymətləndirilir”- Nepalın İrsin Bərpası Kampaniyasının katibi Sanjay Adhikari.deyir. 

Bir çoxuna yerli sakinlər hər gün ibadət edir, bəziləri isə tanrıçalara yemək və çiçəklər təqdim edirlər.  

Ziyarətçilərin bu heykəllərə bərəkət diləmək üçün toxunması da geniş yayılıb – bu da onları çox vaxt oğrular üçün asan hədəf halına gətirir.  

İndiyədək Nepal höküməti, ölkə boyunca məbədlərdən və monastrlardan oğurlanan 400-dən çox əşya müəyyən edib, amma bu sayın daha çox olduğu da istisna edilmir. Bununla bağlı Dövlət Arxeologiya İdarəsinin rəhbəri Saubhagya Pradhananga danışır.  

Nepalın xarici dünyaya açıldığı 1960-1980-ci illərdə ölkədən yüzlərlə əşya oğurlanıb.  

O dövrün ölkənin ən güclü idarəçilərinin bir çoxunun bu oğurluqlarda əli olduğu ehtimal olunur– onlar əşyaları xaricə, incəsənət kolleksiyaçılarının əllərinə qaçırıb əldə olunan gəlirləri cibinə atdıqlarına görə məsuliyyət daşıyırlar.  

Onilliklər ərzində, Nepal xalqı itirilmiş incəsənət əsərləri və onların harada olduğu barədə əsasən məlumatlı deyildi, amma indi bu vəziyyət dəyişməyə başlayıb. Xüsusən də 2021-ci ildə itirilmiş sərvətləri geri almaq üçün başlayan vətəndaş fəallarının başçılıq etdiyi "Milli İrsin Bərpası Hərəkatı" qurulandan sonra. 

Fəallar aşkar ediblər ki, bu bütlərin bir çoxu indi ABŞ, Böyük Britaniya və Fransa kimi Qərb ölkələrindəki muzeylərdə, hərrac evlərində və ya şəxsi kolleksiyalardadır.  

Onlar həmçinin xarici hökumətlərlə işləyərək, xaricdəki qurumları bu əsərləri geri qaytarmağa vadar etmək üçün təzyiq göstərirlər.

"Onları Amerika muzeyində görəndə şoka düşdüm" 

Ancaq maneələr də az deyil. 17-ci əsrə aid Taleju Boyunbağı bu vəziyyətin ən yaxşı nümunəsidir.  1970-ci ildə, qiymətli daşlarla işlənmiş böyük qızıl örtüklü boyunbağı Taleju Məbədindən oğurlanıb–Taleju, Nepalın əsas qoruyucu tanrıçasıdır.  

Boyunbağının oğurlanması daha çox səs-küyə səbəb olmuşdu, çünki məbəd ildə yalnız bir dəfə - Daşayn Festivalının 9-cu günündə ictimaiyyətə açılır.  

O vaxtdan bəri boyunbağının necə oğurlandığı hələ də aydındınlaşmayıb. Nepalda çoxları onu harada axtarmalı olduqlarını da bilmirdi. Ta ki üç il əvvəl Çikaqo İncəsənət İnstitutunda görülənə qədər.

Boyunbağını, ABŞ-da yaşayan Nepal alimi Sveta Gyanu Baniya aşkar edib. O, bu boyunbağını gördükdə diz çöküb ağlamağa başlayıb.  

"O, adi boyunbağı deyil, ibadət etdiyimiz tanrıçamızın bir hissəsidir. Məncə,  o bura gəlməli deyildi. O, müqəddəsdir," – o, Virginia Tech universitetinə verdiyi müsahibədə deyib.  

“uzun illər Biz sonra bunun Amerika muzeyində sərgiləndiyini öyrənəndə şoka düşdük,” Taleju Məbədinin baş kahini Uddhav Karmacharya deyir.
O, boyunbağının mənşəyini sübut edən sənədləri Nepal hakimiyyətinə təqdim edib və əlavə edib: "Onun geri qaytarılacağı gün həyatımın ən vacib günü olacaq."
Çikaqo İncəsənət İnstitutuna görə, boyunbağı ABŞ-da yerləşən Alsdorf Fondunun hədiyyəsidir –Muzey BBC-yə bildirib ki, onlar Nepal hökuməti ilə əlaqə saxlayıb əlavə məlumat gözləyirlər.
Lakin Pradhananga, Nepalın Arxeologiya İdarəsinin kifayət qədər sübut, o cümlədən arxiv qeydlərini də təqdim etdiyini qeyd edir. Üstəlik, boyunbağında bir yazı var ki, bu boyunbağı xüsusi olaraq Taleju Tanrıçası üçün Kral Pratap Malla tərəfindən hazırlanıb.
Aktivist Kanak Mani Dixit, bu “gecikdirmə taktikasının” tez-tez "kampaniyaçılara yorğunluq gətirdiyini" deyir.
“Onlar ‘mənşə’ sözünü işlətməyi sevirlər, bizdən sübut istəyirlər. Bizim üzərimizə Nepala aid olduğunu sübut etmək yükü qoyulur, amma özləri onu necə əldə etdiklərini göstərmirlər."
Amma ümumilikdə, bəzi irəliləyişlər əldə edilib və 1986-cı ildən bəri Nepalə təxminən 200 əşya qaytarılıb – amma əksər köçürmələr son onillikdə baş verib.

Laxmi və Narayanın heykəli, təxminən 40 il əvvəl bir məbəddən oğurlandıqdan sonra, Dallas İncəsənət Muzeyindən Nepala geri gətirilib.
Hazırda 80 geri qaytarılmış əşya, Nepalın Milli Muzeyinin xüsusi bir qalereyasında saxlanılır və bərpa edildikdən sonra öz doğma yerinə qaytarılacağı günü gözləyir. 2022-ci ildən bəri altı büt icmaya geri qaytarılıb.
Laxmi Narayan heykəli, orijinal olaraq oğurlandığı məbəddə yenidən quraşdırılıb və yenidən ibadətə açılıb. 
Ancaq indi dindarlar daha narahatdır , çünki bu heykəlləri oğrulardan qorumaq üçün dəmir qəfəslərə qoyurlar.
Cənab Puri isə ümid edir ki, onun muzeyi bir gün rəflərini tamamilə boşaldacaq.
“Muzeylərə və oğurlanmış əşyaları saxlayan hər kəsə demək istəyirəm: Tanrıqlarımızı geri qaytarın- incəsənətiniz sizin olsun!"

Mənbə: BBC

 

Nepal-Tanrısı-2.jpg

Nepal-Tanrısı-3.jpg

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı